Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


N.Nərimanov dialektik materialist filosof və bacarıqlı həkim idi



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

N.Nərimanov dialektik materialist filosof və bacarıqlı həkim idi. Təbiətşünaslığın 
nailiyyətlərinə, tibb elminə və qabaqcıl fəlsəfəyə dərindən bələd olan N.Nərimanov elmi-
materialist dünyagörüşə malik idi, cəmiyyət hadisələrinin materialist izahını qəbul edir, varlığın 
Allah tərəfindən yaradılması müddəasını əsassız sayırdı. O, "Bahadır və Sona", "Pir" 
əsərlərində, müxtəlif dinləri insanlar arasında ədavət yayması, cəhalət və mövhumat mənbəyi 
olmasına görə ciddi tənqid edirdi. Dinləri, insanları və millətləri bir-birindən ayıran "uçurum 
dərələr" adlandırırdı. O, qeyd edirdi ki, həmin "uçurum dərələr"i insanlar özləri yaratmış, özləri 
də yox etməlidirlər. 
N.Nərimanov 1923-1924-cü illərdə yazdığı "Elmi kommunizmi düşünmək üçün yol" adlı 
əsərində dialektik materializm mövqeyində durmuş, cəmiyyət həyatına materialist baxışı şərh 
etmiş, xalq kütlələrinin inqilabi-mübarizəsini tarixi tərəqqinin aparıcı amili hesab etmişdir: 
"Həyat mübarizədir. Mübarizəsiz həyat yoxdur. Mübarizə tərəqqiyə yol açır. Bir-birinə zidd 
hərəkətlərin mübarizəsi daha bir şey meydana gətirir: inkar edən inkar olunur". N.Nərimanov 
dünyadakı bütün dəyişilmə və inkişafı onun öz daxili qanunauyğunluqları ilə izah edirdi. O, 
qeyd edirdi ki, təbiətdə hər şey dəyişildiyi kimi, insanın şüuru, fikri, biliyi də dəyişir, lakin bu 
dəyişmə tarixi qüvvənin təsiri ilə deyil, öz obyektiv daxili qanunauyğunluğu üzrə baş verir. O, 
ruhu da insan beyninin fəaliyyəti nəticəsi hesab edərək yazırdı ki, ruh - bilikdir, düşünməkdir, o 
şüur təcrübəsinin səmərəsindən meydana gəlmişdir. Ruh beş zahiri hiss üzvünün vasitəsilə 
alınan duyğuların və məlumatların cəmidir. "Əql varlığa deyil, varlıq əqlə yol açır". 
N.Nərimanov gerçəkliyin dialektik izahı üçün əsas şərtləri belə qeyd edirdi:
a) bütün şeylərin bir-birilə qarşılıqlı əlaqəsi;
b) gerçəklikdə müdam hərəkət və mübarizə və bu bərəkət və mübarizədə yeninin 
əvvəlkini pozması.
Onun fikrincə gerçəkliyə dialektik yanaşma üsulu "Hər bir şeyi və əlamətin qeyri şeylərlə 
münasibətini və əlaqədar olmağını tapmaq və bilməkdir"; N.Nərimanova görə "həqiqətən 
hərəkətsiz, mübarizəsiz xəyal yoxdur. Bir-birindən zidd şeylərin mübarizəsi hərəkət və həyatın 
davam etməsinə səbəbdir", "inkişaf təkamül və inqilabın, kəmiyyət və keyfiyyət dəyişmələrinin 
vəhdətindən yaranır" və s. O, inkişafın ziddiyyətli və inkarın inkar mahiyyəti haqqında da 
maraqlı fikirlər söyləmişdi. 
N.Nərimanovun fəaliyyətində bir həkim kimi, tibbi-elmi fikrin təbliği, səhiyyəyə dair 
birliklərin yayılması sahəsində gördüyü çox faydalı işlər də mühüm yer tutmuşdu. Onun "Tibb 
 İslam", "Hamilə qadın", "Göz ağrısı-traxoma", "Xolera = vəba" və s. adlarla əhali arasında 
tibbi biliklərin kütləvi yayılması məqsədi daşıyan çoxlu kitabçaları çap olunub yayılmışdı. 


43 
N.Nərimanov tibbi-bioloji inkişafın dialektik materialist təhlilini vermək üçün Ç.Darvinin 
irsinin, xüsusilə onun təkamül təliminin şərhinə mühüm yer verirdi. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin