Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


N.Nərimanov milli münasibətlər sahəsində görkəmli nəzəriyyəçisi idi



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

N.Nərimanov milli münasibətlər sahəsində görkəmli nəzəriyyəçisi idi. O, Şərq 
millətlərinin azadlıq hərəkatları, milli adət-ənənə, milli mədəniyyət, millətlərarası münasibətlər, 
milli hiss və milli psixologiya sahəsində problemlərin dərin bilicisi idi. Heç təsadüfi deyildi ki, 
1921-ci ildə Dağlıq Qarabağ ətrafında ermənilərin törətdikləri münaqişələrin yenidən 
kəskinləşdiyi bir vaxtda hökumətin milli məsələyə dair yerlərə göndərdiyi təlimat məktubunun 
işlənib hazırlanmasında müəlliflərdən biri olmuş və milli işlər komissarının müavini işləmişdi. 
N.Nərimanov erməni millətçilərinin milli ədavəti qızışdırmaq, özlərinin riyakar ərazi 
iddialarına haqq qazandırmaq üçün bəhanələr törətmək cəhdləri haqqında hələ 1906-cı ildə 
"Müsəlman-erməni yoxsullarına bir neçə söz" adlı müraciətində deyirdi: "Qarabağda son 
hadisələr provokatorlar, Qarabağda erməni-müsəlman milli toqquşmalarından istifadə edərək, 
özlərinin çirkin əməllərini davam etdirirlər...". 
N.Nərimanovun fəaliyyəti çoxsahəli, dünyagörüşü zəngin, yaradıcılığı rəngarəngdir. 
Gələcək nəsillər onun mənəvi-fəlsəfi və bədii irsini daha dərindən tədqiq edib öyrəndikcə
həmin irsdə özlərinin sosial-mənəvi tərəqqisi üçün faydalı olan çoxlu ideya və baxışlar, mənəvi 
sərvətlər tapa biləcəklər. 
Sual 4. XX əsrdə Azərbaycanda fəlsəfi fikir. 
XIX əsrin fəlsəfi irsi XX əsrdə Azərbaycanda liberal Maarifçilik fəlsəfəsi ilə bərabər 
radikal inqilabi demokratizm və marksizm cərəyanlarının təşəkkülü üçün qaynaq və bünövrə 
oldu. XX əsrdə Azərbaycan fəlsəfi fikri keyfiyyətcə fərqli bir neçə mərhələ keçmişdir: 1920-ci 
ilədək, 1920–1991-ci illər və 1991-ci ildən sonrakı postsovet dövrü. XX əsrin əvvəllərində 
dünyada, ilk növbədə, Rusiya imperiyasında sinfi ziddiyyətlər və müstəmləkəçiliyə qarşı 
mübarizənin inqilablar silsiləsi ilə tamamlanması və bu dövrün mürəkkəb ictimai və fəlsəfi 
fikrinin Azərbaycanda fəlsəfənin inkişaf qaynaqlarını təşkil etməsi ölkənin siyasi, mənəvi-
mədəni və milli intibahı üçün zəmin olmuşdur. Bu illərdə Azərbaycanda, əsasən sosial fəlsəfə 
və etik fikir inkişaf edirdi. Dövrün ideologiyasını formalaşdıran mütəfəkkir və siyasətçilər 
sosial-iqtisadi, dini və milli problemlərin qoyuluşuna görə Azərbaycan sosial-fəlsəfi fikrinin 
keyfiyyətcə fərqli cərəyanlarını təmsil edirlər. Bunların içində liberal milli burjua və radikal 
marksizm təlimlərinin qarşıdurması mövcud idi. Şərqə, Qərbə və Rusiyaya siyasi və mədəni 
yönümlənmədə də fərqlər özünü göstərirdi. Azərbaycanda fəlsəfi fikir 1905–1907 illərə qədər, 
demək olar ki, tamamilə, sonra isə qismən Maarifçilik cərəyanı çərçivəsində inkişaf etmişdir. 
Azərbaycanın milli intellektual irsindən çıxış edən rus, Şərq və Qərb mədəni dəyərlərinə və 
fəlsəfi təlimlərinə yiyələnmiş ziyalılar inanırdılar ki, cəmiyyətin bütün bəlaları cəhalətdən 
doğur. Onlar Maarifçilik ideyalarını, elmi, siyasi və hüquqi bilikləri yaymaqla cəmiyyətin 
sosial dəyişməsinə, xalqın xoşbəxtliyinə, demokratiya və humanizmin qərarlaşmasına nail 
olmağın mümkünlüyünə inanırdılar. Bəzi əsərlərdə Azərbaycan Maarifçiliyi sosial 
yönümündən asılı olaraq mülkədar, müsəlman-islahatçı, liberal-demokratik, radikal-demokratik 
və inqilabi-demokratik istiqamətlərə bölünür. Həmin cərəyanları birləşdirən amillər Rusiya 


44 
çarizminə neqativ münasibət və milli ideya idi ki, öz təzahürünü millətin suverenliyi və hüquq 
bərabərliyi tələblərində tapırdı. 
Zaman keçdikcə xüsusi mülkiyyətə münasibət məsələsində bu ideoloji cərəyanlar 
arasında haçalanma kəskinləşirdi. İstiqamətlərdən hər birinin Azərbaycanın dövlət quruculuğu 
haqqında öz mövqeyi var idi. Xüsusi mülkiyyətə münasibət Azərbaycan Xalq Cümhuriyyətinin 
ideologiyasını təmsil edən liberal milli burjua-demokratik təmayüllü mütəfəkkirlərin 
dünyagörüşünü, sosial-fəlsəfi baxışlarını radikal marksist-bolşevik təmayülündən ayırır və 
zaman keçdikcə onların qarşıdurmasını kəskinləşdirirdi. Azərbaycanın fəlsəfi və ictimai fikri 
mürəkkəb təkamül yolu keçirdi. 
Ziddiyyətli sosial-siyasi proseslər milli ziyalıların dünyagörüşünü dəyişirdi. Məsələn, 
ölkədə ideoloji mübarizənin müəyyən mərhələsində görkəmli mütəfəkkir Nəriman Nərimanov 
və b. liberal maarifçilikdən marksizm cəbhəsinə keçmişdilər. Liberal cərəyanın nümayəndələri 
Əhməd bəy Ağaoğlu (Ağayev), Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və b. idi. 
Ə.Ağaoğlu (1868–1939) türk və müsəlman xalqlarının sosial problemlərinin həllini maarifdə 
görürdü. Sosial fəlsəfədə C.Əfqaninin ideya xəttini davam etdirən Ə.Ağaoğlunun əsərləri 
Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İngiltərədə çap edilmişdir. Şərqdə və Avropada 
fəlsəfə, din və bütövlükdə mədəniyyət problemlərini tədqiq edən Ə.Ağaoğlu yeni dövrdə 
Budda-brahman və İslam mədəni dəyərlərinin Qərb mədəni dəyərlərindən təsirlənməsinin və 
bu mədəni dəyərlərin sintezinin Şərq aləmi üçün zəruriliyindən yazırdı. Onun “Üç 
mədəniyyət”, “Dövlət və fərd”, “İslama görə və islamda qadın”, “Sərbəst insanlar ölkəsində” 
və b. əsərlərində fəlsəfə, sosiologiya, din və etika məsələləri araşdırılır, sosial fəlsəfənin və 
mədəniyyətşünaslığın elmdə mübahisə doğuran “mədəniyyət”, “dil”, “din”, “millət” və s. 
kateqoriyalarının tərifi verilir. Ə.Ağaoğlu dinə ehtiramla yanaşmağa və ondan cəmiyyətin 
maariflənməsi üçün istifadə etməyə çağırır, lakin dinin dövlətdən ayrılmasını tövsiyə edirdi. 
Şərq ölkələri, Rusiya və Avropada təhsil almış riyaziyyatçı, həkim, dilçi, rəssam və 
filosof Əli bəy Hüseynzadə (1864–1940) XX əsr türk-İslam Şərqinin və Azərbaycan Xalq 
Cümhuriyyətinin ideologiyasının fəlsəfi əsaslarının yaradıcılarından olmuşdur. “Milli 
Azərbaycan”, “İslam bölgəsi miqyasında intibah” və “Turan” konsepsiyalarına görə çar 
hakimiyyəti tərəfindən təqibə məruz qalan Ə.Hüseynzadə Türkiyəyə mühacirət etmişdir. O, 
türk xalqlarının inkişafında Şərq-Qərb mədəni sintezinə böyük əhəmiyyət vermiş, türkçülüyün, 
islamçılığın və avropalaşmanın labüdlüyündən çıxış edərək İslam aləminin aktual vəzifəsini 
maariflənmə yolu ilə dünya sivilizasiyasına daxil olmaqda görmüşdür. Ə.Hüseynzadə bütün 
dinlərin humanist ideyalı olduğunu vurğulayır və dinlərə hörmətlə yanaşırdı. Sosial inqilablara 
zidd olan Ə.Hüseynzadə cəmiyyətin inkişafında yaşıl işığı maarifin simvolu, “qırmızı zülməti” 
isə inqilabın simvolu kimi qəbul edirdi. Ə.Hüseynzadə bədii-fəlsəfi etik əsərlərində (“Atlanmaq 
siyasəti” və “Füyuzat”) mücərrəd formada türkçülük, türk mədəniyyəti, bəşəriyyətin səadəti və 
bu səadətin bünövrəsi qismində fəlsəfi kateqoriya kimi məhəbbətdən bəhs edir. O, bütün 
xalqların xoşbəxtliyini maarif, ittihad və hürriyyətdə görür, Azərbaycana qarşı erməni 


45 
millətçiliyinin ekspansiyasından bəhs edərkən şovinizm və beynəlmiləlçilik anlayışlarının 
məzmununu açıqlayırdı. 
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ideoloqlarından biri və rəhbəri 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin