44
çarizminə neqativ münasibət və milli ideya idi ki, öz təzahürünü millətin suverenliyi və hüquq
bərabərliyi tələblərində tapırdı.
Zaman keçdikcə xüsusi mülkiyyətə münasibət məsələsində bu ideoloji cərəyanlar
arasında haçalanma kəskinləşirdi. İstiqamətlərdən hər birinin Azərbaycanın dövlət quruculuğu
haqqında öz mövqeyi var idi. Xüsusi mülkiyyətə münasibət Azərbaycan Xalq Cümhuriyyətinin
ideologiyasını təmsil edən liberal milli burjua-demokratik təmayüllü mütəfəkkirlərin
dünyagörüşünü, sosial-fəlsəfi baxışlarını radikal marksist-bolşevik təmayülündən ayırır və
zaman keçdikcə onların qarşıdurmasını kəskinləşdirirdi. Azərbaycanın fəlsəfi və ictimai fikri
mürəkkəb təkamül yolu keçirdi.
Ziddiyyətli sosial-siyasi proseslər milli ziyalıların dünyagörüşünü dəyişirdi. Məsələn,
ölkədə ideoloji mübarizənin müəyyən mərhələsində görkəmli mütəfəkkir Nəriman Nərimanov
və b. liberal maarifçilikdən marksizm cəbhəsinə keçmişdilər. Liberal cərəyanın nümayəndələri
Əhməd bəy Ağaoğlu (Ağayev), Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və b. idi.
Ə.Ağaoğlu (1868–1939) türk və müsəlman xalqlarının sosial problemlərinin
həllini maarifdə
görürdü. Sosial fəlsəfədə C.Əfqaninin ideya xəttini davam etdirən Ə.Ağaoğlunun əsərləri
Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İngiltərədə çap edilmişdir. Şərqdə və Avropada
fəlsəfə, din və bütövlükdə mədəniyyət problemlərini tədqiq edən Ə.Ağaoğlu yeni dövrdə
Budda-brahman və İslam mədəni dəyərlərinin Qərb mədəni dəyərlərindən təsirlənməsinin və
bu mədəni dəyərlərin sintezinin Şərq aləmi üçün zəruriliyindən yazırdı. Onun “Üç
mədəniyyət”, “Dövlət və fərd”, “İslama görə və islamda qadın”, “Sərbəst insanlar ölkəsində”
və b. əsərlərində fəlsəfə,
sosiologiya, din və etika məsələləri araşdırılır, sosial fəlsəfənin və
mədəniyyətşünaslığın elmdə mübahisə doğuran “mədəniyyət”, “dil”, “din”, “millət” və s.
kateqoriyalarının tərifi verilir. Ə.Ağaoğlu dinə ehtiramla yanaşmağa və ondan cəmiyyətin
maariflənməsi üçün istifadə etməyə çağırır, lakin dinin dövlətdən ayrılmasını tövsiyə edirdi.
Şərq ölkələri, Rusiya və Avropada təhsil almış riyaziyyatçı, həkim, dilçi, rəssam və
filosof
Əli bəy Hüseynzadə (1864–1940) XX əsr türk-İslam Şərqinin və Azərbaycan Xalq
Cümhuriyyətinin ideologiyasının fəlsəfi əsaslarının yaradıcılarından olmuşdur. “Milli
Azərbaycan”, “İslam bölgəsi miqyasında intibah” və “Turan” konsepsiyalarına
görə çar
hakimiyyəti tərəfindən təqibə məruz qalan Ə.Hüseynzadə Türkiyəyə mühacirət etmişdir. O,
türk xalqlarının inkişafında Şərq-Qərb mədəni sintezinə böyük əhəmiyyət vermiş, türkçülüyün,
islamçılığın və avropalaşmanın labüdlüyündən çıxış edərək İslam aləminin aktual vəzifəsini
maariflənmə yolu ilə dünya sivilizasiyasına daxil olmaqda görmüşdür. Ə.Hüseynzadə bütün
dinlərin humanist ideyalı olduğunu vurğulayır və dinlərə hörmətlə yanaşırdı. Sosial inqilablara
zidd olan Ə.Hüseynzadə cəmiyyətin inkişafında yaşıl işığı maarifin simvolu, “qırmızı zülməti”
isə inqilabın simvolu kimi qəbul edirdi. Ə.Hüseynzadə bədii-fəlsəfi etik əsərlərində (“Atlanmaq
siyasəti” və “Füyuzat”) mücərrəd formada türkçülük, türk mədəniyyəti, bəşəriyyətin səadəti və
bu səadətin bünövrəsi qismində fəlsəfi kateqoriya kimi məhəbbətdən bəhs edir. O, bütün
xalqların xoşbəxtliyini maarif, ittihad və hürriyyətdə görür, Azərbaycana qarşı
erməni
45
millətçiliyinin ekspansiyasından bəhs edərkən şovinizm və beynəlmiləlçilik anlayışlarının
məzmununu açıqlayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ideoloqlarından biri və rəhbəri
Dostları ilə paylaş: