Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   31   32   33   34   35   36   37   38   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

 


51 
N Ə T İ C Ə 
Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı 
abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, Orta 
əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi 
ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi 
dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu 
kimi təzahür formaları ilə bağlı olmuşdur. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və 
insanin mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da öz əksini tapmışdır. Müasir elm 
e.ə. I minilliyin 1-ci yarısında Azərbaycanda zərvanilik, zərdüştilik fəlsəfəsi və maqlar 
(muğlar) təliminin geniş yayıldığını göstərir. 
XI–XII əsrlərdə Azərbaycanda fəlsəfi fikir Şərq fəlsəfəsinin ənənələrini yunan-
Roma fəlsəfi fikri ilə sintezləşdirən və fəlsəfi fikir istiqaməti kimi orijinallığı ilə fərqlənən 
Şərq peripatetizmi, işraqilik , sufilik və s. cərəyanların fəlsəfi ideyalarını əks etdirən xüsusi 
risalələrdə, təfsir, teoloji və teosofiya məzmunlu əsərlərdə və fəlsəfi poeziyada əksini 
tapmışdı. Sonralar Şərqin klassik irsinə daxil olan bu əsərlərin meydana gəlməsi fəlsəfi 
fikrin müxtəlif sahələrini təmsil edən mütəfəkkir və alimlərin tədqiqat obyektlərinin geniş 
diapazonu və dövrün ensiklopedik biliklərinə yiyələnməsi sayəsində mümkün olmuşdur. 
XIII-XVI əsrlərdə keçmiş fəlsəfi cərəyanlar zəminində yeni, özünəməxsus fəlsəfi 
baxışlara malik, məhz Azərbaycanda yaranmış müstəqil hürufi, nöqtəvi, qızılbaş, gülşəni və 
s. təriqət və ideoloji cərəyanlara rast gəlinir.
Azərbaycan Maarifçiliyinin mədəni bazası və ölkənin sosial-siyasi vəziyyəti Qərb 
və Rusiya Maarifçiliyindən bir sıra xüsusiyyətləri, ilk növbədə, dinə münasibəti ilə 
fərqlənirdi. Bu fərqi yaradan real obyektiv səbəb rus çarizminin Azərbaycan xalqını 
dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya 
uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və 
mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, 
Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dururdular. Bu münasibət 
din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların 
şəxsi dünyagörüşlərindən asılı idi. 
XX əsrdə Azərbaycan fəlsəfi fikri keyfiyyətcə fərqli bir neçə mərhələ keçmişdir: 
1920-ci ilədək, 1920–1991-ci illər və 1991-ci ildən sonrakı postsovet dövrü. XX əsrin 
əvvəllərində dünyada, ilk növbədə, Rusiya imperiyasında sinfi ziddiyyətlər və 
müstəmləkəçiliyə qarşı mübarizənin inqilablar silsiləsi ilə tamamlanması və bu dövrün 
mürəkkəb ictimai və fəlsəfi fikrinin Azərbaycanda fəlsəfənin inkişaf qaynaqlarını təşkil 
etməsi ölkənin siyasi, mənəvi-mədəni və milli intibahı üçün zəmin olmuşdur. Bu illərdə 
Azərbaycanda, əsasən sosial fəlsəfə və etik fikir inkişaf edirdi. Dövrün ideologiyasını 
formalaşdıran mütəfəkkir və siyasətçilər sosial-iqtisadi, dini və milli problemlərin 
qoyuluşuna görə Azərbaycan sosial-fəlsəfi fikrinin keyfiyyətcə fərqli cərəyanlarını təmsil 
edirlər. Bunların içində liberal milli burjua və radikal marksizm təlimlərinin qarşıdurması 
mövcud idi. Şərqə, Qərbə və Rusiyaya siyasi və mədəni yönümlənmədə də fərqlər özünü 
göstərirdi. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin