49
inkişafı sahəsində ciddi addımlar hesab edilə bilər. Kitablarda köhnə ideologiyadan imtina
edərək yeni iqtisadi münasibətlərə və demokratik dəyərlər sisteminə keçən Azərbaycanın
dövlət quruculuğu praktikası, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf yolu qloballaşma
kontekstində nəzərdən keçirilir. Son dövrlərdə Azərbaycanda bu problematika üzrə tədqiqatlar
xeyli artmışdır ki, bu da mövzunun xüsusi aktuallığına dəlalət edir.
Azərbaycanda fəlsəfi fikir mühitinin formalaşdırılması işində müəyyən təşkilati addımlar
da atılmışdır ki, bu da müstəqillik dövrünün uğurları sırasına daxil edilə bilər. 2002-ci ildə
Azərbaycan fəlsəfi ictimaiyyətinin, Rusiyanın və Türkiyənin filosofları ilə əlaqəsini daha
mütəşəkkil səviyyədə təmin etmək üçün Bakıda (Azərbaycan Universitetində)
keçirilən
beynəlxalq konfrans itirilmiş yaradıcılıq əlaqələrinin bərpası istiqamətində mühüm addım oldu.
Bundan sonra azərbaycanlı fəlsəfə tədqiqatçılarının Rusiya və Türkiyədə keçirilən
konfranslarda iştirakı müntəzəm xarakter aldı. Azərbaycanlı müəlliflər Moskvada rus və ingilis
dillərində çıxan “Qlobalistika” ensiklopediyasının hazırlanması işinə cəlb edildilər. 2000-ci ilin
avqustunda və 2003-cü ilin iyul ayında Romada keçirilən Beynəlxalq Metafizika
konqreslərində, 2003-cü ilin avqustunda İstanbulda keçirilən XXI Ümumdünya Fəlsəfə
konqresində, həmin ilin dekabr ayında İstanbulda keçirilən Türkiyə, Azərbaycan və Qazaxıstan
sosioloqlarının konfransında, 2004- cü ildə Oksford Universitetində, 2005-ci ilin avqustunda
Hollandiyada keçirilən Beynəlxalq Fenomenologiya konfranslarında, 2005-ci ilin oktyabrında
Türkiyənin İzmit şəhərində keçirilən Türkdilli xalqların sosioloqlarının
I Beynəlxalq
qurultayında Azərbaycan nümayəndə heyətlərinin iştirakı beynəlxalq yaradıcılıq əlaqələrinin
genişlənməsindən xəbər verir.
Son illərdə Bakı da bir sıra beynəlxalq fəlsəfi tədbirlərin təşkilatçısı olmuşdur. 2002-ci
ildə fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin rəhbərliyi ilə Azərbaycan Fəlsəfə və Sosial-
Siyasi Elmlər Assosiasiyasının təsis edilməsi filosofların daha yaxşı təşkilatlanmasına səbəb
olmuş və elə həmin ildən Azərbaycanda “Fəlsəfə və sosial-siyasi elmlər” adlı jurnalın nəşrinə
başlanmışdır. Assosiasiyanın təşəbbüsü ilə Karl Popperin və Jan Pol Sartrın anadan olmasının
100 illiyi, Kantın vəfatının və Feyerbaxın anadan olmasının 200 illiyi, Con Lokkun vəfatının
300 illiyi təntənə ilə qeyd edilmiş, onların haqqında dövri mətbuatda məqalələr çap
etdirilimşdir ki, bu da Azərbaycan ictimaiyyətinin diqqətini dünya
fəlsəfi fikrinə yönəltmək
sahəsində önəmli bir addımdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının
təşəbbüsü ilə habelə milli-fəlsəfi fikir tarixinin təbliği sahəsində bir sıra beynəlxalq miqyaslı
tədbirlər həyata keçirilmişdir. Bunların arasında Azərbaycanın görkəmli filosofu Şihabəddin
Yəhya Sührəvərdinin anadan olmasının 850 illik yubileyini və yubiley ərəfəsində çap olunan
nəşrləri, habelə akademik Heydər Hüseynovun anadan olmasının 95 illik yubileyi münasibətilə
görülən işləri, hər ilin noyabr ayında Beynəlxalq Fəlsəfə gününün təntənə ilə qeyd olunmasını
xüsusi qeyd etmək lazımdır. 2004-cü ilin oktyabrında professor Aida İmanquliyevanın
yubileyinə həsr olunmuş «Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» adlı
beynəlxalq elmi konfransda ABŞ-dan, Türkiyədən və Rusiyadan gəlmiş görkəmli filosofların
iştirakı Azərbaycan fəlsəfi ictimaiyyətinin həyatında mühüm hadisə hesab edilə bilər. Həm də
50
bu konfrans ötəri olmamış, 2005-ci ilin payızında keçirilən təkrar beynəlxalq konfransda daimi
fəaliyyət göstərən “Şərq və Qərb: fəlsəfələr arasında körpü” adlı Beynəlxalq Alimlər
Assosiasiyası yaradılmışdır. Mərkəzi ofisi ABŞ-da yerləşən
Ümumdünya Fenomenologiya
İnstitutunun direktoru, professor Anna-Tereza Tumeniçkanın, M.V.Lomonosov adına MDU-
nun kafedra müdiri Zotovun, Qalatasaray Universitetinin fəlsəfə kafedrasının dekanı, professor
Kənan Gursoyun, Qazi Universitetinin professoru Süleyman Hayrı –Bolayın, İstanbul
Universitetinin professoru Ümit Meriçin, tanınmış türk yazıçısı və filosofu Mustafa
Armağanın, Rusiya Fəlsəfə cəmiyyətinin birinci vitse-prezidenti, professor A.Çumakovun,
Rusiya EA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor N.Smirnovanın, Hollandiyalı professor
M.Keijzer və s. AFSEA-nın təşəbbüsü ilə keçirilən müxtəlif
konfranslarda və yubiley
mərasimlərində, birgə seminarlarda iştirakı Bakıda elmi-fəlsəfi yaradıcılıq mühitinin
beynəlxalq miqyas aldığına dəlalət edir.
Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahəsində
atılmış ciddi addımlara baxmayaraq, bu sahədə həm təşkilati işin, həm də elmi yaradıcılıq
prosesinin daha da inkişaf etdirilməsinə ehtiyac vardır.
Dostları ilə paylaş: