Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   2   3   4   5   6   7   8   9   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

GİRİŞ 
 
Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan 
müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi 
irsinin təşəkkül və təkamülünü əhatə edir. 
Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü 
minilliyinə qədəm qoymuşdur. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək 
sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğalaşması 
Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəfi fikir və 
dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yaratmışdır. Ölkənin fəlsəfi 
mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər 
mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin 
mövcudluğu mühüm rol oynamışdır. Bunların sayəsində artıq e.ə. I minilliyin birinci 
yarısından ölkə xalqlarının ictimai şüurunda varlığın başlanğıcı və sonu, təkamülü, insan 
və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, 
xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr və 
onları ehtiva və təmsil edən mifologiya və dinlə bağlı, kökləri keçmiş minilliklərə gedib 
çıxan müxtəlif ideoloji cərəyanlar olmuşdur. 
Azərbaycanda feodal istehsal münasibətlərinin tam bərqərar olub inkişaf etdiyi 
dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm arasında tərəddüd 
edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda meydana gəlib inkişaf 
etmişdir. XI-XII əsrlər dövründə, Azərbaycanda fəlsəfə sahəsində hakim yeri İslam 
dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu. 
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-tarixi inkişaf müxtəlif 
ziddiyyətli meyllərdən ibarət olan bir dövr idi. Bütün bu proseslər Azərbaycanın elmi-
fəlsəfi fikrinin inkişafına da öz təsirini göstərmişdi. Bu dövrdə gec də olsa 
Azərbaycanda maarifçilik zəminli ictimai-siyasi təlimlər yaranmış M.Nəvvab, 
İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçı mütəffəkirlər özlərinin 
maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər. 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin