Sual 2. Orta əsrlərdə Azərbaycanda fəlsəfi fikrin inkişafı.
Azərbaycan fəlsəfi fikrinin inkişafında orta əsrlər özünəməxsus mərhələ olmuşdur. VII-X
əsrlərdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış, ölkədə fəlsəfənin sonrakı inkişafı
xristian və İslam mədəniyyətləri məcrasında davam etmişdir. Eramızın I
əsrindən Şimali Azərbaycanda (Albaniyada) mövcud olan xristianlığın artıq IV əsrdə dövlət
dini elan edilməsilə Azərbaycanın mənəvi həyatı və fəlsəfəsi yunan-Roma mədəni-mənəvi
arealı və bilavasitə Qüdslə bağlanır. Alban fəlsəfəsi haqqında müəyyən məlumatı Musa
Kalankatuklunun “Albanların tarixi” əsəri verir. Burada həm də Albaniyada qnostisizm
fəlsəfəsi və dualizm təmayüllü çoxsaylı bidətçi ideoloji cərəyanlar və onların nümayəndələrinin
olması, onların Albaniyanın baş kilsəsi tərəfindən lənətləndirilməsi, Nerses Bakurun və
“filosofların şöhrəti” kimi tanınan yepiskop Karin Teodorosun erməni katolikosu Eliya
tərəfindən təqibi, Nerses Bakurun zəngin kitabxanasının çayda batırılması və onun xəlifə
Əbdülməlikin əmri ilə edama məhkum edilməsi haqqında məlumat verilir. Həmin mənbədə
alban şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ortodoksal xristianlıqdan fərqli, hikməti
tərənnüm edən və yunan mifologiyası ilə bağlı elegiyası haqqında məlumat verilir. Bu
dövrlərdə, həmçinin alban ilahiyyatçı-filosofları Sünikli Petros (VI əsr) və Sünikli Petros (VIII
əsr) yaşayıb yaratmışlar. Sünikli Stepanos Davidin “Fəlsəfənin tərifi” və Porfirinin “Giriş”
əsərlərinə yazdığı şərhlərlə tanınır.
Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni katolikosatının
təşəbbüsü ilə siyasi maraqlar naminə qəsdən məhv edilməsi (suda batırılması, yandırılması)
faktı hazırda alban fəlsəfi əsərlərinin Ermənistan, Gürcüstan və Qüdsün monastır
kitabxanalarında axtarılmasına əsas verir.
Folklor və orta əsr yazılı abidələri həmin dövrdə Azərbaycanda türkdilli etnosun
bütpərəstliklə yanaşı, şamanlığa və vahid Göy Tanrıya inamı haqqında məlumatlar verir.
Qədim və erkən orta əsr Azərbaycan türklərinin sosial-mədəni həyatı və xüsusən dili, dini,
əxlaqi norma və dəyərləri haqqında nisbətən geniş, obyektiv təsəvvür yaradan abidə və əsasən
Azərbaycan reallığını əks edən türk xalqlarının müştərək eposu “Kitabi-Dədə Qorqud”dur.
VII-X əsrlərdə Azərbaycana İslam dininin gəlməsi və möhkəmlənməsi, və ölkənin İslam
mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu dövrdə inkişafının islam dini
ilə çoxçalarlı əlaqələrinə imkan yaratdı. Zaman keçdikcə, ölkəyə Quranın zahiri və batini
şərhinə əsaslanan İslam mədəni bölgəsinin çoxsaylı ideoloji cərəyanları da daxil olur və burada
Azərbaycan mütəfəkkirlərinin simasında öz yerli təmsilçilərini tapırlar. Müxtəlif cərəyanların
nümayəndələri nəzəri-fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər.
Bu meyl regionda yayılmış mötəzililik, ismaililik, sufilik və s. cərəyanlar üçün səciyyəvi
12
olmuşdur. Quranda və çoxsaylı İslam ideoloji cərəyanlarında əsas problem Xaliq (Allah) və
məxluq münasibətidir. Bu münasibətin şərhindən asılı olaraq müxtəlif təlimlərin fəlsəfi
baxımdan idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü müəyyən edilirdi.
Qeyri-ortodoksal cərəyanlar Allahın Quranda həqiqət kimi təqdimini, onun canlı olması, vəchi
haqqında, insanın Allaha qayıtması və Onunla görüşməsi, astral hadisələrə, idraka münasibət,
İlahi nur, təqdir, cəza, Allah qorxusu, maddi nemətlərə münasibət və s. məsələləri ehtiva edən
surələrin ezoterik şərhini verir, bir sıra hallarda məntiq və dövrün elmi və fəlsəfi fikrinə
müvafiq, ortodoksal yönümdən fərqli, panteistik vəhdət əl-vücud fəlsəfəsini yayır və nəticədə,
Azərbaycanda İslam bölgəsi mənəvi-mədəni məkanının ziddiyyətlərlə dolu ideologiyasını
inkişaf etdirirdilər.
VII–VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf etməsi ilə əlaqədar olaraq. islamın fəlsəfi
şərhi ilahiyyatçıların birbaşa vəzifəsinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası
prosesində fikir ayrılıqları da baş verirdi.
Göstərilən dövrdə Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn Harun Bərdici,
Məkki ibn Əhməd Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və
azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azərbaycanda görkəmli nümayəndələri isə
IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd
ibn Ömər ibn Abdulla Bərdəi, Əbusəid Əhməd Bərdəi və b. idi. Bu dövrdə İslam mədəni
bölgəsində Şərq və qədim yunan fəlsəfəsinə, xüsusən neoplatonizmə əsaslanaraq idealizmlə
panteizmi özündə birləşdirən özünəməxsus batinilik fəlsəfəsi mövcud idi. Bu fəlsəfi təlimi
Azərbaycan filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim Əli ibn Cəfər və b.
yayırdılar. VIII–X əsrlərdə İslam bölgəsində, o cümlədən Azərbaycanda daxilən ziddiyyətli,
lakin əksər hallarda fəlsəfi dünyagörüşündə panteizm, sosial baxışlarında demokratizm, etik
görüşlərində humanizm və varlığa dialektik yanaşma ilə fərqlənən mistik ismaililik və sufilik
sosio-mədəni cərəyanları ilk inkişaf dövrlərini keçirirdilər. Sufiliyin fəlsəfi dünyagörüşünün
əsasında fəlsəfi kateqoriya kimi eşq, ismaililiyin əsasında isə real və irreal idrakın vəhdəti
dururdu. Sufiliyin fəlsəfəsini bu dövrdə Əbü-l Fərəc Əbü-l Vahid Varasani Təbrizi, Əbu Saib
Həmədani, Əli ibn Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil edirdi. Orta əsr
mənbələrində ideya kökləri qədim Şərq və yunan fəlsəfəsinə aparan ismaililiyin İslamı inkar
edərək zərdüştiliyin bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda yayılması
haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və b. məlumat verirlər. Mənbələrə görə ismaililik
fəlsəfəsi təbiət elmlərinin nailiyyətləri və “İxvan əs-Səfa” ensiklopediyasının yaranması ilə
bağlıdır. Bu ensiklopediyanın ideoloqu azərbaycanlı alim və filosof Əbü-l-Həsən Əli Harun
oğlu Zəncani idi.
Şamanizm, zərdüştilik, qədim yunan, xristian və İslam mədəni bölgələrinin fəlsəfi
ənənələrini özündə sintezləşdirərək inkişaf etdirən VII-X əsrlər Azərbaycan fəlsəfəsi XI–XIII
əsrlərdə həm Azərbaycan mədəniyyətinin İntibahına, həm də bütövlükdə İslam bölgəsi mənəvi
mədəniyyətinin, o cümlədən fəlsəfəsinin İntibahına zəmin yaradan qaynaqlardan olmuş və
sonrakı dövrlərdə bu mədəniyyətlərin fəal üzvi hissəsi kimi tanınmaqda davam etmişdir. Digər
13
tərəfdən, XI–XII əsrlərdə ölkənin iqtisadi (feodal münasibətlərin inkişafı, pul rentasının
yayılması, iqtisadi cəhətdən yüksək inkişaf etmiş iri şəhərlərin mövcudluğu), siyasi (müstəqil
Şirvanşahlar, Şəddadilər, Rəvvadilər dövlətlərinin yaranması, Ön Asiya və Şərqin digər
bölgələri ilə müxtəlif növ əlaqələr), sosial (daxili və xarici sosial zülmə qarşı arasıkəsilməz
mübarizə, Beyləqanda 1110-cu ildə xalq hakimiyyətinin yaranması) və mənəvi-mədəni (ərəb və
fars dilləri ilə yanaşı türk dilinin elitar ədəbi dil kimi qəbulu) sahələrində vəziyyət və onun
unikal mənəvi-mədəni irsi, başqa sözlə, ölkədaxili potensial imkanlar Azərbaycanda
Dostları ilə paylaş: |