Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   2   3   4   5   6   7   8   9   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Zərvanilik. Zərdüştilik dünyagörüşü ilə yanaşı, qədim Azərbaycanda bir sıra dini-fəlsəfi 
cərəyanlar inkişaf etmişdir. Məsələn, Sasani dövründə zərvanilik geniş yayılmışdı. Bu təlimin 
əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri 
və çoxsaylı tədqiqatlar məlumat verir. 
Zərdüştiliyin dualist sistemindən fərqli olaraq zərvanilik monist ideyaları inkişaf etməyə 
başladı. Həmin baxışların birində əgər ilkin başlanğıc məkan hesab olunurdusa, ikincisində 
Zaman (zarvan) hesab olunurdu. Zərvanilər sonsuz zamanı başlanğıc kimi götürməklə bu ilk 
başlanğıcı şəxsləndirərək onu ilahi varlıq kimi qəbul edirdilər. Zərvaniliyə görə, işıq və 
qaranlıq kimi iki zidd mahiyyətlə yanaşı, dünyada bütün mövcudatın əsası olan zərvan (zaman) 
adlanan vahid ilk başlanğıc da vardır.
Zərvaniliyə görə keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq ruhu, əzəli və 
əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır, ikinci keyfiyyəti təmsil edən zülmət ruhu 
Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli olmadığı kimi, daimi də deyil. 
Zərdüştiliyin teoloji risaləsi “Şikand-qumaniqçivar”da (“Şübhəni aradan qaldıran şərh”) 
mövcudatı sonsuz Zamanın – Zarvana akarananın təzahürü kimi qəbul, Allahı, ruhun 
ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik 
tənqid olunur. Zərvaniliyin görüşləri Orta əsr Şərq yazılı mənbələrində də tənqid edilir. 
Bununla belə, bu təlim dünya fəlsəfəsinin sonrakı inkişafına, o cümlədən onu tənqid edən 
zərdüştiliyə də böyük təsir göstərmişdir. Robert Eysler zərvaniliyin Şərq və qədim yunan fəlsəfi 
fikri ilə bağlılığını göstərərək, xüsusilə onun Ferekid və Anaksimandrın teoqoniyalarına 
təsirindən, İ.D. Rojanski isə Anaksimandrın kosmoqoniyasında Zərvanın Xronosla 
oxşarlığından yazmışlar. 
Zərvanistlər içərisində materialist və ateist fikirlilər olmuşdur ki, zərdüştilər həmin 
adamları tənqid atəşinə tutmuşlar. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin