Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 1. Qədim Azərbaycanda fəlsəfi fikir



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   2   3   4   5   6   7   8   9   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Sual 1. Qədim Azərbaycanda fəlsəfi fikir. 
Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – 
Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, Orta əsr yazılı 
abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin 
tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın 
təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı 
olmuşdur. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və insanın mühitdən özünümüdafiəsinə 
yönəlmiş magiyada da öz əksini tapmışdır. Müasir elm e.ə. I minilliyin 1-ci yarısında 
Azərbaycanda zərvanilik, zərdüştilik fəlsəfəsi və maqlar (muğlar) təliminin geniş yayıldığını 
göstərir. 
Zərdüştilik. Azərbaycan fəlsəfi fikrində digər mühüm cərəyan zərdüştilik idi. 
Zərdüştiliyin görkəmli abidəsi “Avesta” əsərində dövrün sosial-mədəni, xüsusilə fəlsəfi fikri 
haqqında ensiklopedik məlumat toplanmışdır. 
Qədim Azərbaycanda dini-fəlsəfi fikirlər hələ eramızdan əvvəl VII əsrdə zərdüştilikdə 
mövcud olmuşdur. Zərdüştiliyin formalaşması b.e.ə. IX-VII əsrlərə aid edilir. Zərdüştilik bir 
sıra Şərq ölkələrində yayılmışdır. Bir sıra faktlar Zərdüştün azərbaycanlı olmasına işarə edir. 
Zərdüştün (Zoroastr, Zoroad, Zarad, Zaradaşt) vətənindən söhbət gedərkən orta əsr 
müəllifləri, o cümlədən Əhməd Bəlazuri (IX əsr), Əbu-Reyhan Biruni (XI əsr) onun 
"Azərbaycandan çıxdığını" söyləmişlər. Yaqut Həməvi (1179-1229) Zərdüştün Şizdən 
olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim Urmiya haqqında danışarkən, oranı 
"məcusilərin peyğəmbəri Zərdüştün şəhəri" adlandırmışdır. Qütbəddin Şirazi(1236-1311) onu 
"Görkəmli fılosof, kamil imam Zərdüşt Azərbaycani" deyə yad etmişdir. 
Tədqiqatçılar zərdüştiliyin müqəddəs kitabı Avestanın da məhz bu ərazidə yarandığını 
təsdiqləyirlər. Zərdüştliyin ideyalarını, qısa şəkildə belə qruplaşdırmaq olar: 
l. Kainatın nizamı, dünya mövcudluğu xeyir və şərin, işıq və qaranlığın əbədi 
mübarizəsindən asılıdır. Xeyir, işıq Allahı Hürmüz (Ahura-Məzda) və şər, qaranlıq allahı isə 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin