Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Manilik. İslamaqədərki dini-fəlsəfi cərəyanlardan manilik və məzdəkilik



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   2   3   4   5   6   7   8   9   10   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Manilik. İslamaqədərki dini-fəlsəfi cərəyanlardan manilik və məzdəkilik də Yaxın və 
Orta Şərq xalqlarının mənəvi həyatında mühüm rol oynamışdır. Zərdüştilik, xristianlıq və 
buddizmin ayrı-ayrı ünsürlərini eklektik surətdə özündə toplayan manilik təlimi III əsrdə 
İranda və Orta Asiya ölkələrində yayılmışdır, onun banisi Mani (216-276) olmuşdur. Yaxın 
Şərqdə həkim, rəssam, filosof və mühəndis kimi böyük şöhrət tapan Mani zərdüştlük 
kahinlərinin fitvası ilə edam edilmişdir. Öz dinini 40 il təbliğ edən Mani xalis dualizm 
mövqeyindən çıxış edərək göstərirdi ki, "aləmin iki başlanğıcı vardır: onlardan biri işıq, digəri 



qaranlıqdır". Sonralar İbn Həzm (994-1064) yazırdı ki, manilikdə "zövq qaranlığa deyil, işığa; 
əziyyət isə işığa deyil, qaranlığa xasdır". Mani deyirdi: yalnız zühr ilə işığı qaranlıqdan xilas 
etmək və bununla da qaranlığa qalib gəlmək olar. Maniliyin əsasında dualizm prinsipi -"Nur" 
və "Zülmət" başlanğıclarının mübarizəsi durur. Bu dünyada Nur və Zülmət ünsürləri bir-birinə 
qarışmışdır. Dünya inkişafı prosesinin məqsədi insan qəlbində yer tapmış "Nur" ünsürlərini 
cismaninin hakimiyyətindən azad etməkdir. Maniyə görə, allah dünyada şəri yaratmamışdır, 
deməli, dünyanı da o yaratmamışdır, çünki dünya (materiya) şərdir. Deməli, materiya Allahdan 
asılı olmayaraq mövcuddur, insan isə "materiya ilə yüksəkdə duran nurun qarışığıdır". Nurun 
hissəciklərinin azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür. 
Zərdüştilikdən fərqli olaraq, Maniyə görə, insan bu yolda dünyəvi nemətlərdən imtina 
etməlidir. Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-fəlsəfi 
və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq həm Atropatenada, həm də 
Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, pavlikianların, albiqoyçuların, 
katarların və başqalarının ideoloji təlimlərində geniş yer tapmışdı. Maniliyin İşıq Allahını 
Əqllə birləşdirməsi (beş təzahürdən dördünün bilavasitə Əqllə bağlılığı) və Şərin əbədiliyini 
qəbul etməsi sonrakı təlimlərdə rasionalizm və dialektikanın inkişafı üçün geniş imkanlar 
yaratmışdır. 
Əvvəllər hələ maniliyin təhlükəsini başa düşməyən və öz qüdrətinə dayaq ola bilən 
möhkəm zərdüşt kilsəsi yaratmayan Sasanilər nəinki maniliyə mane olmamış, hətta onu 
müdafiə etmişlər. Lakin manilik feodal istismarına qarşı kəndlilərin və yoxsul şəhər əhalisinin 
etirazını, mübarizəsini ifadə edən təlim olduğu üçün Manini tutub edam etmişlər. Manilik 
təlimi xeyli müddət yaşamış və V əsrin sonunda məzdəkilərin mühüm ideya mənbəyinə 
çevrilmişdir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin