Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


«Bədəni səlamət saxlamaq düsturül əməlidir»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

«Bədəni səlamət saxlamaq düsturül əməlidir» və s. əsərlərində, həmçinin «Əkinçi» qəzeti və 
başqa məcmuə və qəzetlərdə təbiətşünaslığa və tibbə dair çap edilmiş çoxsaylı məqalələrində 
müxtəlif elmi sahələrinə dair materialist dünyagörüşü mövqeyindən təhlil edilən çoxlu və 
zəngin məlumatlar vardır. 
H.B.Zərdabinin dünyagörüşünün formalaşması və inkişafına Şərq, Rusiya və Avropa 
mədəniyyətini dərindən mənimsəməsi, xüsusilə XIX əsrin mütərəqqi materialist təbiətşünaslığı, 
maarifçilik və inqilabi-demokratizm ənənələrinin güclü təsiri olmuşdur. Fəlsəfi dünyagörüşü 
etibarilə o, maarifçi-materialist idi. Təbiətşünaslığa əsaslanaraq dünyanın Allah tərəfindən 
yaradılması və axirət haqqında dini təlimi qəbul etməmiş, dünyanın maddi vəhdəti, əbədiliyi və 
sonsuzluğu haqqında ideyaya tərəfdar çıxmışdır. O, təbiətin dialektik izahını verməyə çalışmış, 
kainatda əbədi hərəkət və dəyişkənliyin mövcudluğunu təsdiq etmiş, insan idrakı vasitəsilə 
gerçəkliyin, xüsusilə təbiət qanunauyğunluqlarının dərk edilməsinin mümkünlüyünü söyləmiş, 
kainatın dərkedilənliyi fikrini müdafiə etmişdir. O, insanın təbiəti özünə tabe etməsi və 
dəyişdirməsi imkanlarına inanmışdı. Yeni bitki növləri (sortları) yaratmaq sahəsindəki ardıcıl 
fəaliyyəti məhz belə bir inamın nəticəsi idi. 
Məhz təbiətə dair əldə etdiyi doğru və real biliklər H.B.Zərdabini dünyagörüşü etibarilə, 
nəhayət, təbii-elmi materializmə gətirib çıxarmışdı. Bu cəhətdən görkəmli rus materialist 
təbiətşünasları İ.M.Seçenovun, İ.İ.Meçnikovun və K.A.Timiryazyevin baxışlarının onun 
dünyagörüşünə güclü təsiri inkaredilməzdir. 
Maarifçi-demokrat olan H.B.Zərdabinin cəmiyyətə baxışları ziddiyyətli olmuşdur. O, 
kəndli ideoloqu idi. O, cəmiyyətdəki sosial ədalətsizlikləri, zülm və əsarəti şiddətli tənqid etsə 
də, ictimai dəyişikliklər, inqilabi hərəkatlar və s. haqqında maraqlı fikirlər söyləsə də, 


41 
bütövlükdə cəmiyyətə baxışlarında idealizmdən uzaqlaşa bilməmiş maarifin, elmin yayılması 
yolu ilə yeni cəmiyyət qurmağın mümkünlüyünə inanmışdı. H.B.Zərdabinin maarifçi və 
inqilabi-demokratik mövqeyi "Əkinçi" qəzetini nəşr etmək sahəsindəki fəaliyyətində özünü 
daha qabarıq göstərir. Maarifçi-materialist alim kimi, onun elmi-publisistik yazılarının başlıca 
mövzusunu təbii-elmi biliklərin xalq kütlələri arasında təbliği təşkil edirdi. Bu cəhətdən 
Həsənbəy Zərdabinin "Yeni ulduzlar", "Marsda insan yaşayırmı", "Prof.İ.İ.Meçnikovun kəşfi", 
"İnsan bədənin hissələri" və s. məqalələri xüsusilə cəlb edir. H.B.Zərdabi astronomiyadan bəhs 
edən ilk iki məqaləsində astronomiyadan mürəkkəb məsələlərindən dərindən baş çıxaran alim 
kimi özünü göstərir, astronomiyanın gələcək inkişafına dair bir sıra maraqlı mülahizələr 
söyləyir. 
H.B.Zərdabinin bir müəllim kimi pedaqoji və əxlaqi görüşləri də müəyyən maraq 
doğurur. Onun bu görüşləri üçün humanizm, vətənpərvərlik və beynəlmiləlçilik kimi mənəvi 
keyfiyyətlər səciyyəvidir. O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisinin əsas amilini 
maariflənməkdə, 
elmdə 
görmüş, 
təhsilin 
inkişaf 
etməsinə, 
həyatla 
əlaqəsinin 
möhkəmlənməsinə böyük əhəmiyyət vermişdir. Beləliklə, zəngin təbii-elmi və fəlsəfi irs qoyub 
getmiş H.B.Zərdabinin ideyaları müasir dövrdə də ciddi dünyagörüşü və tərbiyəvi əhəmiyyət 
kəsb edir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin