38
M.F.Axundov təbiətə Allahın müdaxiləsi, hər cür panteizm, ümumiyyətlə təbiətin kənar
qüvvətdən asılılığı ideyasının əleyhinə çıxaraq yazmışdı: “Biz bu dünyanın mövcud olduğunu
gözümüzlə görürük... bu varlıq öz-özünə öz qanunları ilə, başqa bir xarici varlığa ehtiyac hiss
etmədən mövcuddur”. O, həmçinin dinin axirət və ruhun ölməməzliyi ehkamlarını da qəbul
etmirdi. Axundov göstərdi ki, idrak beyinsiz mövcud ola bilmədiyi kimi, orqanizm öldükdən
sonra da ruhun mövcudluğuna inam ağılsızlıqdır. M.F.Axundov Azərbaycan fəlsəfəsi
tarixindəki peripatetiklik, işraqilik, panteizm, “vəhdəti-vücud” ənənələrinə əsaslanaraq
onlardakı idealist və dini mistik cəhətləri atır, materialist özəyi isə qəbul edirdi.
O, kainatın maddiliyini və yaradılmazlığını bir materialist fİlosof kimi təsdiq edirdi. Onun
fikrincə, dünya maddidir və öz daxili qanunları əsasında inkişaf edir. Bütün hadisə və
proseslərin bir-biri ilə əlaqədə qarşılıqlı təsirdə olduğunu düşünən filosof belə bir dialektik
müddəa irəli sürürdü ki, təbiətdə bir hadisə üçün o biri hadisə şərtdir, varlıq özü-özünün
səbəbidir, səbəbi hadisənin öz daxili qanunauyğun inkişafında axtarmaq lazımdır; maddə daim
hərəkət və inkişafdadır. Lakin M.F.Axundov hərəkət və inkişafın mənbəyinin “əksliklərin
vəhdəti və mübarizəsində” olduğunu axıradək aydın təsəvvür etmirdi.
M.F.Axundov maddənin məkan və zaman daxilində mövcudluğu və sonsuzluğu ideyasını
da materialistcəsinə şərh edirdi: bu kainat elə bir varlıqdır ki, “əvvəli də budur, axırı da budur...
zaman da, məkan da onun mövcudluğu şərtidir”. Yəni məkan və zaman maddi varlıqların
atributlarıdır, zaman və məkan xaricində varlıq mümkün deyildir. Səbəbiyyət məsələsini də
dialektikcəsinə həll edən M.F.Axundov qeyd edirdi ki, gerçəklikdə bütün hadisə və proseslər
səbəblə bağlıdır, lakin səbəbi cismin, prosesin daxilində axtarmaq lazımdır, o, “ilkin səbəb”,
“ilahi səbəb” ideyalarını qəbul etmirdi. Təbiət, maddi varlıq hadisələrinin izahında tam
materialist mövqedə baxışlarında tərəddüdlərə, ziddiyyətlərə yol vermiş, axıradək idealizmdən
uzaqlaşa bilməmişdir.
M.F.Axundov dinlə əxlaqın, şəriət normaları ilə davranış qaydalarının qarşılıqlı əlaqəsi
və təsiri məsələsinin təhlilinə xüsusi diqqət yetirmişdi. O, insanın əxlaqına və davranış
normalarına təsir etmək cəhdini hər bir dinin əsas məqsədi sayırdı. O, belə hesab edirdi ki, din
əsasən əxlaqa və davranışa təsir etmək yolu ilə insanları itaətə və ibadətə cəlb edə bilir və bu
yolla da öz sosial funksiyasını həyata keçirir.
M.F.Axundov dinin təbliğ etdiyi axirət ehkamını, cəhənnəm zülmü və cənnət xoşbəxtliyi
ideyasını qəbul etmir, onları elə “bu dünyanın əks-sədası” adlandırırdı. O, qeyd edirdi ki, kim
ki, cəhənnəm qorxusunu və cənnətə düşmək ümidini - xeyirxahlığın, xoşbəxtliyin əsasına
qoyursa, o, çox ciddi yanılmışdır. Bunlar heç vaxt pis əməlin, cinayətin qarşısını almayıb:
Dostları ilə paylaş: