Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

M.F.Axundov 1812-ci ildə Şəki şəhərində tacir ailəsində anadan olmuş, gənc 
vaxtlarından ərəb və fars dillərini, habelə ilahiyyatı öyrənmişdir. 1832-ci ildə Gənçə şəhərində 
mədrəsəyə daxil olmuş və orada böyük Azərbaycan şairi və azad fikirli alimi Mirzə Şəfi 
Vazehin təsiri altında dini təhsildən imtina etmiş və Şəki şəhərində açılan rus nahiyə məktəbinə 
daxil olmuşdur. Lakin oranı da yaşı ötdüyünə görə tərk etmiş, 1834-cü ildə Tiflis şəhərində 
dövlət idarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna 
qədər (1878-ci il) orada yaşamışdır. 
M.F. Axundov Tiflis ədəbi, ictimai-siyasi mühitində rus və qərbi Avropa mədəniyyəti ilə 
yaxından tanış olmuş, rus dilini dərindən öyrənmiş, o vaxt Zaqafqaziyanın və Rusiyanın 
görkəmli yazıçıları, inqilabçı demokratları, mütərəqqi fikirli ziyalıları ilə ünsiyyətdə olmuş, 
onlarla dostluq etmişdir. M.F. Axundovun Tiflis mühitindəki dostlarından A.Bestujev-


37 
Marlinskini, 
Y.P.Polonskini, 
L.Zablotskoyu, 
A.Çavçavadzeni, 
Q.D.Eristavini, 
A.A.Bakıxanovu, İ.Qutqaşınlı və b. göstərmək olar. 
M.F.Axundov yaradıcılığa şe'rlə başlamış, Səbuhi təxəllüsü ilə şe'rlər yazmışdır. 1850-
1856-cı illər ərzində M.F. Axundov altı orijinal komediya yazmış, 1857-ci ildə yazdığı 
"Aldanmış kəvakib" adlı povestində şah despotizmini amansızcasına tənqad edərək cəmiyyətdə 
sosial islahatlar aparılmasının zəruriliyini irəli sürmüşdür. M.F. Axundov özünün ədəbi-bədii 
əsərləri ilə Azərbaycan bədii ədəbiyyatı və dramaturgiyasında realizmin əsaslarını qoymuşdur. 
50-ci illərin ortalarından başlayaraq M.F. Axundov iyirmi ildən çox bir müddət ərzində İran və 
Türkiyənin hakim dairələri ilə ərəb əlifbasında islahat aparmaq uğrunda mübarizə aparmışdır. 
Lakin bu yolda başlıca maneənin din fanatizmindən ibarət olduğunu dərk edən M.F.Axundov 
dinin əsaslarına qarşı yönəldilən, 1863-1865-ci illər ərzində yazdığı "Kəmalüdövlə 
məktubları"nda həm də özünün fəlsəfi, ictimai-siyasi baxışlarını şərh etmişdir. 
Bu məktublar maarifçilik ədəbiyyatının ən güclü nümunələri olmaq e'tibarı ilə özünün 
orta əsr sxolastikasına, fikir tərzinə düşmənçiliyi ilə, maarifi, Avropa həyat tərzini möhkəm 
müdafiə etməsi ilə kəskin surətdə fərqlənir. M.F. Axundov özünün göstərilən fəlsəfi məktubları 
ilə Azərbaycanda fəlsəfə Maarifçiliyinin əsasını qoymuş, cəmiyyətin yeniləşməsini, biliklərin 
təbliğ edilməsini, xalqın cəhalətdən oyadılmasını onda görmüşdür. Azərbaycan Maarifçilik 
fəlsəfəsi özünün ən qabaqcıl nümayəndələrinin şəxsində islam fanatizminə və şərq 
despotizminə qarşı mübarizə edərək dünyəviləşdirilmiş mədəniyyət yaradılmasını, şəxsiyyətin 
azad edilməsini, insanların yenidən tərbiyə edilməsini, cəmiyyətdə ağıllı və ədalətli qanunların 
tətbiq edilməsini irəli sürürdülər. 
Onun fəlsəfi, ictimai-siyasi baxışları "Hindistan şahzadəsi Kəmalüdövlənin öz dostu 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin