31
XVII əsrin ən böyük Azərbaycan filosoflarından biri hesab olunur. Rəcəbəli Təbrizi öz
əsərlərində Aristotel, Əbunəsr Fərabi, İbn Sina, Sədrəddin Konəvi, Mahmud Şəbüstəri və
ümumiyyətlə peripatetik və sufi mütəfəkkirlərinin əksəriyyətinin adlarını böyük hörmətlə
çəkmiş, onların fikirlərinə əsaslanmışdır. Onun əsərləri içərisində iki fəlsəfi traktat başlıca yer
tutur. Onlar “Vacib varlığın isbatı” və “Həkimanə əsaslar” adlanır. Birinci əsər müqəddimə, beş
fəsil və nəticədən ibarətdir. Müqəddimədə ümumi fəlsəfi anlayışlar, onları ifadə edən islahatlar
nəzərdən keçirilir. Fəsillərdə öz– özlüyündən vacib varlığın tərkibə ayrılan olmaması, vahidliyi,
onun atributlarının öz substansiyası ilə eyniyyət təşkil etməsi, varlıq sözünün daşıdığı mənalar
araşdırılır. Nəticədə varlıq haqqında mühakimələr ümumiləşdirilir. Ümumiyyətlə, onun
fəlsəfəsində işraqilik və sufiliyin təsiri aydın görünür. Peripatetik filosof kimi, onun
fəlsəfəsində ordodoksal islam ilahiyyatına zidd cəhətlər çoxdur. Onun varlıq təlimində bu,
özünü daha aydın göstərir. Rəcəbəli Təbriziyə görə, materiya və forma, səbəb və nəticə
kateqoriyaları arasında substansional bağlılıq əlaqələri vardır. O, allahı ilkin forma, zəruri–
vacib varlıq hesab etmişdir.
XVIII əsr Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikrində və mənəvi mədəniyyət
tarixində görkəmli yer tutan alim-filosof və səyyah
Hacı Zeynalabdin Şirvani Azərbaycan,
İran, Əfqanıstan, İraq, Türkiyə, Yunanıstan, Misir, Suriya, Hindistan, Orta Asiya ölkələrinin
sosial quruluşunu, dini, elmi, əxlaqi, fəlsəfi görüşlərini öyrənmiş, müxtəlif dil, din və
mədəniyyətə malik olan bu bölgələr haqqında “Cənnət bağı səyahətləri”, “Səyahət bağları”,
“Səyahət gülşəni” risalələrində məlumatlar vermişdir. H.Z.Şirvani öz dünyagörüşü
mövqeyindən Mənsur Həllac, Cəlaləddin Rumi, Mahmud Şəbüstəri, Əvhədi Marağayi,
Əbdürrəhman Cami və qeyri-ortodoksal baxışları ilə tanınmış başqa panteist sufilərin irsindən
bəhs edir. H.Z.Şirvaninin əsərlərindəki vəhdət əl-vücud, sufi qnoseologiyası və sufilik
dünyagörüşünün başqa sahələrinə həsr olunmuş ümumiləşdirilmiş xüsusi bölmələr sufi
fəlsəfəsi tarixinin öyrənilməsi üçün mühüm mənbədir. H.Z.Şirvaninin dünyagörüşündə
idealizmlə panteizm, qnoseoloji baxışlarında sufi qnosisi – mərifət və universal əqllə insan
əqlinin bağlılığı, elmlə praktikanın vəhdəti, kamil insan və təkmil cəmiyyət haqqında
konsepsiyaya və humanist əxlaq normalarına söykənən ədalətli şahlıqlar qurmaq ideyaları əsas
yer tuturdu. Həmin ideyalarına görə o, təqiblərə məruz qalmışdı.
Dostları ilə paylaş: