28
kimi çıxış etmişdir. Filosof xarici və daxili hissləri biliyimizin ilk mənbələri və insanı ətraf
mühitlə bağlayan amillər kimi səciyyələndirməyə səy göstərmişdir.
Yusif Qarabağinin əqidəsinə görə əsl insan nəfsin ən yüksək qüvvəsidir. Filosof əqli bir
çox hallarda insanı nəfsi mücərrəd təfəkkürə
və ümumi idraka aparan, fəhmi (intellekti) isə
insani nəfsin bir qüvvəsi kimi bilikləri kəsb edən vasitə hesab etmişdir. Yusif Qarabaği idrak
təlimində bir sıra ərəb dilli filosofların, o cümlədən, Fərabi, İbn Sina, Bəhmənyar və
başqalarının arxasınca gedərək bu fikirdə olmuşdur ki, əql anlayışların, kateqoriyaların
və universalın əldə edilməsi üçün nəfsin orqanıdır. Göründüyü kimi Qarabağinin idrak
nəzəriyyəsində sensualizm ilə rasionalizmin əlaqələndirilməsi müşahidə olunur.
Filosofun fikirlərindən tamamilə aydın olur ki, hissi məlumatlar olmadan, ruhi, məntiqi,
iradi
fəaliyyət, məfrumların yaranması, əqli nəticələrin çıxarılması və s. mümkün deyildir.
Yusif Qarabağinin mühüm əsərlərinin öyrənilməsi göstərir ki, o, öz yaradıcılığında
sistemləşdirilmiş şəkildə olmasa da, ayrı-ayrılıqda etik və əxlaq məsələlərinə toxunmuşdur.
Yusif Qarabağinin əxlaqa dair mühakimələri onun ümumfəlsəfi mühakimələri ilə bağlı idi.
Qarabaği öz səlnamələri kimi əsas etibarilə insanların bütün yaxşı əxlaqi keyfiyyətlərinə malik
olmasını, səadət və xoşbəxtliyə çıxmasını, həyatdan zövq almasını və s. həqiqətin
öyrənilməsində və dərk edilməsində görürdü. Məhz buna görə də onun etik baxışlarında azad
fikirlilik və s. kimi mühüm xüsusiyyətlər öz əksini tapmışdı. Filosof insana hörmət bəsləməyi,
mehriban münasibəti, rəhmdil olmağı, hətta o zaman ən müqəddəs, savab iş sayılan Kəbə
ziyarəti kimi dini adətdən üstün tuturdu. O, “Həft behişt” əsərində yazmışdı: “İnsanların ürəyini
ələ gətir ki, bu ən böyük ibadətdir. Bir ürəyi ələ gətirmək min
dəfələrlə Kəbə ziyarətindən
yaxşıdır”. Mütəfəkkirin bu sözləri onun sələflərinin, xüsusən məşhur Şərq panteistləri Mənsur
Həllacın və Mahmud Şəbüstərinin buna oxşar fikirləri ilə yaxından səsləşirdi.
Yusif Qarabağidə nikbinliyə, həyatda sevincə və şadlığa qovuşmağa çağırış motivləri də
vardır. Məsələn, “Ürək yumurtasının keşiyində duran bir quş ol, çünki ürək yumurtasından
sevinc və şadlıq doğulur”.
Deyildiyi kimi Yusif Qarabaği öz etik görüşlərində insan əqlinə və zəkasına böyük qiymət
vermiş, əqli insanların tərbiyəsi üçün əsas vasitələrdən biri hesab etmişdir. Filosof Şərqin
böyük mütəfəkkiri Sədi Şirazinin “İnsanın böyüklüyünü göstərən yaş deyil əqildir” kəlamını
təkrarlayaraq ağıllı və zəkalı insanları yüksək qiymətləndirmişdir. Məhz buna görə də Yusif
Qarabaği biliyi və elmi insanların mənəvi zinəti adlandırmışdır. Yusif Qarabağinin etik
baxışlarında diqqəti cəlb edən məsələlərdən biri də ədalətli olmaqdır.
Mütəfəkkir bu barədə
əsas etibarilə sufi-panteistlərin, o cümlədən, Mahmud Şəbüstərinin mövqeyində durmuşdu.
Yusif Qarabağinin etik baxışlarında adamların öz mənliyini saxlaması və şərafətli
yaşaması kimi gözəl əxlaqi sifətlər diqqətə layiq yer tutur. O, şərəfliyə qarşı duran mənfi əxlaqi
keyfiyyətləri alçaqlıq və rəzalət adlandıraraq onları pisləyirdi. Mütəfəkkir həyatda vəfalı və
sədaqətli olmağı da insanın ən yaxşı mənəvi xüsusiyyəti kimi qiymətləndirmişdi:
“hər kəsdən, hətta itdən belə vəfa görünərsə, xoşdur”. Mütəfəkkir belə bir ideyanı təqdim
29
etməyə çalışırdı ki, insan gərək dostluqda sədaqətli, möhkəm və dönməz olsun, heç kəs və heç
bir şey bu dostluğu sarsıda bilməz.
XVII əsr Azərbaycan xalqının mütərəqqi fikirli görkəmi filosoflarından
biri də Mirzə
Dostları ilə paylaş: