Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


“Xəlvətə çəkilmək, Tanrıdan başqa hər hansı bir varlığın – istər mələk olsun, istərsə də



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

“Xəlvətə çəkilmək, Tanrıdan başqa hər hansı bir varlığın – istər mələk olsun, istərsə də 
insan olsun – kimsənin olmadığı yerdə və zamanda ruhən Tanrı ilə söhbət etməkdi
”. İslam 
təsəvvüfünün ilk qurucularından olan Zinnun Misri isə xəlvətə çəkilməyi belə 
mənalandırır: 
“Mən insanı Tanrı sevgisinə xəlvətdən daha gözəl qovuşduran bir şey 
görmədim. Kim xəlvəti sevərsə ixlasın sütunlarından yaxşıca yapışmış və doğruluq 
rüknlərindən birində zəfərə yetişmişdir deməkdir”.
 Xəlvətə çəkilmək bəzən 40 gün davam 
edərdi. Qırx gün müddətinə xəlvətə çəkilməyə ərbəin də deyilirdi. Ərbəin ərəbcə qırx 
deməkdir. Xəlvətə çəkilmə müddətinin 40 gün davam etməsi Məhəmməd peyğəmbərin 
söyləmiş olduğu bir hədisə əsaslanırdı: 
“Qırx gün bütün əməllərini səmimi sevgi ilə Allah 
üçün edən kimsənin ürəyindən dilinə doğru hikmət bulağı axar”.
Bəzi qaynaqlar xəlvətə 
çəkilmənin tarixinin Musa peyğəmbərlə başladığını yazır. Musa peyğəmbər Tanrı ilə 
danışmazdan öncə qırx gün oruc tutmuş və Sina dağına xəlvətə çəkilərək ibadət etmişdi. Qırx 
gün xəlvətə çəkilməyə çilə də deyilmişdir. Lakin çilə sözü sonralar işlənmişdir. Çilə sözü 
farsca çehel sözündəndir və bu sözün də anlamı qırx deməkdir. Xəlvətə çəkilən mürid sufi və 
ya dərviş öz istəyi ilə deyil, mürşidin göstərişi ilə xəlvətə çəkilirdi. Bəzən mürşidin göstərişi ilə 
eyni vaxtda bir neçə mürid xəlvətə çəkilərdi. Bu zaman xəlvətə çəkilən mürid haqqında 
“ərbəinə girdi” – deyilirdi. Bu da “qırx gün müddətinə xəlvətə çəkildi” – anlamını verirdi. 
Adətən Ramazan ayı başlamazdan on gün öncə xəlvətə çəkilirdilər. Həm Ramazandan öncə on 
günü, həm də Ramazan ayı boyunca ərbəini oruc tutmaqla keçirərdilər. Bu müddətdə dərviş 
dünyanı və dünya malını düşünməkdən tamamilə vaz keçər, yalnız Yaradanı düşünər və bütün 
gününü ibadətlə keçirərdi. Qırx gün xəlvətə çəkilən mürid bu müddətdə həm də özünü 
tanımağa, iç imkanlarını və mənəvi gücünü ortaya çıxarmağa çalışardı. Beləcə qırx günü 
tamam edərdi. Ərbəini uğurla tamamlayan müridlər mürşidin qarşısına çıxarılar və xəlvətin 
bitməsi xüsusi törənlə qeyd edilərdi. Xəlvət, xəlvətə çəkilmək Xəlvətiliyin bir təriqət kimi 
meydana çıxmasından min illər öncə və təriqət yaranandan sonra da bir çox təriqət mənsubları 
olan sufilər – təmizlənmək, saflaşmaq, kamilləşmək və Tanrıya yaxın olmaq istəyən insanlar - 
tərəfindən sıx-sıx işlənən və həyata keçirilən anlayış və metod idi. Qaynaqlarda İmam 
Qəzalinin on il insanlardan uzaq xəlvət həyatı yaşadığı, Mövlanə Cəmaləddin Ruminin 
dəfələrlə ərbəinə girdiyi, Əhməd Yəsəvinin 63 yaşında yer qazıb xəlvətə çəkildiyi qeyd olunur. 
Bizim eradan doqquz yüz il əvvəl yaşamış Zərdüştün də - Tanrı ilə baş-başa qalması üçün - on 
il müddətinə mağaraya-xəlvətə çəkilməsi haqqında bilgilər var. Göründüyü kimi xəlvətdə 
olmaq, xəlvətə çəkilmək adəti Xəlvətiliyin ayrıca bir cərəyan kimi meydana çıxmasından xeyli 
əvvəllər də mövcud olmuşdur. Məhz dini düşüncənin bu özəlliyinə əsaslanaraq 14-cü 
yüzillikdə Xəlvətilik İslamda xüsusi bir cərəyan kimi meydana çıxdı. 


25 
Xəlvətiliyin ən böyük özəlliyi bu təriqətin bütünlüklə Azərbaycan türkləri tərəfindən 
yaradılması, inkişaf etdirilməsi və yayılmasıdır. Bu təriqətin Azərbaycan hüdudlarını aşaraq bir 
çox ölkələrdə tanınması və yayılması da ünlü Azərbaycan sufisi Seyid Yəhya Bakuvinin 
böyük xidmətləri olmuşdur. Sırf Türk –İslam sufi cərəyanı kimi meydana gələn Xəlvətiliyin 
digər özəlliyi isə sünniliyin və şiəliyin sintezi kimi çıxış etməsi olmuşdur. Bu təriqətdə həm 
sünnə, həm də İmam Əli və əhli-beyt sevgisi təbliğ edilir. 
Xəlvətilik XV əsrin ilk rübünə qədər mərkəzi Şamaxı olmaqla Şirvanda fəaliyyət göstərən 
məhəlli bir təriqət idi. Ancaq təriqət, bu dövrdə Şamaxıdan Bakıya gələn gənc bir sufi şeyx 
tərəfindən yeni bir mərhələyə qədəm qoydu. İmam Musa Kazım nəslindən, Şirvanşahlar 
dövlətində Nəqibül-əşraf vazifəsində olan Seyid Bəhaəddinin oğlu Seyid Cəmaləddin Yəhya, 
Xəlvətilərin yeni mürşidi oldu. Şamaxıda soylu və zəngin bir ailədən gələn Seyid Yəhya, daha 
cavan vaxtında atasının sahib olduğu var-dövlətdən üz çevirərək sufilik yolunu seçmişdi. 
Şamaxı mədrəsələrində elm təhsil edən Yəhya, eyni zamanda güclü təsirə sahib xəlvəti mürşidi 
şeyx Sədrəddinin təkkəsinə davam edərək burada mənəvi elmlərdə də tərbiyə və tədrisini 
tamamladı. Şeyxi Sədrəddin ölmədən az əvvəl onu yerinə şeyx təyin etdiyi zaman hələ otuz 
yaşı yox idi. Yaşlı müridlər onun gənc olmasını bəhanə edərək etiraz etdilər və o Şamaxını tərk 
edərək (təxminən 1420-ci illərdə) Bakıya gəldi. Seyid Yəhya Bakıya gəldiyi əsnada Şirvanşah 
Xəlilullah xan hakimiyyətdə idi və paytaxt da müvəqqəti olaraq Bakı olmuşdu. Seyid Yəhya 
Xəlilullah xanın himayəsində xəlvətiliyin xanəgahını burada, Şirvanşahın sarayı yanında təsis 
etdi. Qaynaqlar adil bir idarəçi olan Xəlilullah xanın ona böyük hörmət və yardım göstərdiyini 
qeyd edirlər. Onların aralarındakı səmimi münasibətin dərəcəsini göstərən əlamətlərdən biri də 
yazdığı “Kəşful-Qulub” əsərini Xəlilullah xana ithaf etməsidir. Seyidin dərgahı ətrafında onun 
tərəfindən tikilən məscid, türbə və digər abidələr də bu əlaqəni aydın şəkildə göstərməkdədir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin