Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


“Məgər elə bir müsəlman vardır ki, cəhənnəm qorxusundan xalqın malı əlinə düşdükdə



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

“Məgər elə bir müsəlman vardır ki, cəhənnəm qorxusundan xalqın malı əlinə düşdükdə 
yeməsin... Bütün oğrular, yol kəsənlər və qatillər cahil adamlar sırasından, yəni
cəhənnəmə inanan adamlar sırasından çıxır”. 
M.F.Axundov mənəviyyatın əsasına elmi, təhsili, ağlı, kütlələrin mədəni inkişafını 
qoyurdu. O, ictimai şüur forması kimi dinin strukturunda üç ünsürün olduğunu qeyd edirdi: 
etiqad, ibadət və əxlaq. O qeyd edirdi ki, bu ünsürlər içərisində əsas məqsəd əxlaqdır. Etiqad 


39 
və ibadət isə yardımçı məqsədlər sayılır. Çünki məhz əxlaqa təsir etmək yolu ilə şəxsiyyəti
ailəni və bütövlükdə cəmiyyəti dini etiqad və ibadət fəaliyyət amili kimi çıxış edir. 
M.F.Axundoyun fikrincə əgər, insan yaratdığı xəyalı vücudu təsəvvür etmədən yaxşı əxlaq 
sahibi ola bilərsə, o vaxt dinin strukturuna daxil olan iki yardımçı prinsipinə - etiqad və ibadətə 
ehtiyac qalmaz, onlar aradan çıxar, əxlaq da dini pərdəsini itirər. M.F.Axundov dinin 
strukturundakı etiqad və ibadətin (deməli, bütövlükdə dini dünyagörüşün də) aradan
qaldırmasının əsas səbəbini cəmiyyətin mənəvi yüksəlişində, elmi tərəqqisində görürdü.
M.F.Axundov öz ictimai-siyasi görüşləri, müasiri olduğu cəmiyyətə fəlsəfi baxışları 
etibarilə despotizm, monarxiya üsul-idarəsinə, teokratiyaya qarşı çıxaraq, maarifçi və inqilabi-
demokrat kimi, demokratik respublikaya, xalqın seçdiyi nümayəndələrdən ibarət parlament 
idarəçiliyinə tərəfdar idi, xalqın inqilabi-demokratik və azadlıq hərəkətini alqışlayırdı. 
M.F.Axundov siyasi görüşlərində hökmdarın xalqla bir olması, özünü xalqdan 
ayırmamağı məsələlərinə mühüm əhəmiyyət verirdi. M.FAxundov xalq kütlələrinə 
münasibətdə özünün sələfləri hesab etdiyi fransız maarifçi materialistlərindən (Volter, 
Monteskye və b.) daha qabağa getmişdi. O, xalqın inqilabi hərəkəti nəticəsində qurulacaq 
demokratik cəmiyyəti özünün siyasi idealı hesab edir, tarixdə xalq kütlələrinin aparıcı rolunu 
yüksək qiymətləndirirdi.
Böyük mütəfəkkir yazıçı, materialist və ateist filosof, maarifçi və inqilabi-demokrat olan 
M.F.Axundovun dünyagörüşü Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixində mühüm 
mərhələ idi. Onun əsas xidməti bundan ibarət idi ki, o din, idealizm və cəhalətin hökm sürdüyü 
bir şəraitdə Azərbaycanda fəlsəfi materializm bayrağını ucaltmış, despotizm və fanatizmə 
qarşı, demokratiya və hüquq bərabərliyi uğrunda kəskin və ardıcıl mübarizə ondan gələn 
Azərbaycan maarifçiləri və inqilabçı-demokratları, xüsusilə H.B.Zərdabi. Q.B.Zakir, 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin