Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Qəmküsar, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Səməd bəy Mehmandarov



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   31   32   33   34   35   36   37   38   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Qəmküsar, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Səməd bəy Mehmandarov, 


46 
Hüseyn Minasazov və b. əsərlərində və xüsusən dövrün kəskin sosial satirasında əksini 
tapmışdı. Vaxtilə irfani fəlsəfi poeziyada əks edilən sosial fəlsəfə problemləri üçün Azərbaycan 
siyasi satirası bu dövrün təsiredici janrına çevrilmişdir. 
Həmin dövrdə Azərbaycan Romantizm fəlsəfəsi də təşəkkül və inkişaf mərhələsini 
keçirirdi. Bu fəlsəfə Azərbaycan Maarifçiliyi kimi dövrdən və şəraitdən doğan 
özünəməxsusluqlarla yanaşı, Qərb Romantizm fəlsəfəsi ilə tipoloji oxşarlığa malik bir sıra 
cəhətlərlə səciyyələnirdi. Qərb, Şərq, o cümlədən Azərbaycan Romantizminə xas cəhətlər 
Maarifçilik fəlsəfəsinə inamın itirilməsi, ənənəvi mistik panteist fəlsəfəyə qayıdış və bu 
mövqedən dinə və cəmiyyətə nəzər, dünyaya, insana və vətənə təzadlı münasibət, milli dilə, 
milli mənəvi-mədəni dəyərlərə, etnikliyi təsdiqləyən, onun yaşamasını şərtləndirən amillərə 
münasibət, xoşbəxt utopik cəmiyyətə inam və s. universal sosio-mədəni fenomen olan 
Romantizmin keyfiyyət cəhətləri idi. Azərbaycanda Maarifçilik kontekstində yaranan 
Romantizm fəlsəfəsi əvvəlcə dünyəvi Maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına, sonra 
isə sosializmin “xoşbəxt cəmiyyətinə” inamı itirərək mistik maarifə, qnostik mərifətə üz tutur, 
mistik eşq fəlsəfəsinə, İblisin insanda daimiliyi (Hüseyn Cavid) və “hər şeyin rəng olması” 
(Səməd Mənsur) qənaətinə gəlmişdi. 
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı təmsil edən fəlsəfi 
poeziyanın nümayəndələri Məhəmməd Hadinin (1879–1920) utopik bərabərlik cəmiyyətindən 
bəhs edən “Aləmi-müsavatdan məktublar”, “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” və 
s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin, Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində əksini 
tapmışdır. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin