50
bu konfrans ötəri olmamış, 2005-ci ilin payızında keçirilən təkrar beynəlxalq konfransda daimi
fəaliyyət göstərən “Şərq və Qərb: fəlsəfələr arasında körpü” adlı Beynəlxalq Alimlər
Assosiasiyası yaradılmışdır. Mərkəzi ofisi ABŞ-da yerləşən Ümumdünya Fenomenologiya
İnstitutunun direktoru, professor Anna-Tereza Tumeniçkanın, M.V.Lomonosov adına MDU-
nun kafedra müdiri Zotovun, Qalatasaray Universitetinin fəlsəfə kafedrasının dekanı, professor
Kənan Gursoyun, Qazi Universitetinin professoru Süleyman Hayrı –Bolayın, İstanbul
Universitetinin professoru Ümit Meriçin, tanınmış türk yazıçısı və filosofu Mustafa
Armağanın, Rusiya Fəlsəfə cəmiyyətinin birinci vitse-prezidenti, professor A.Çumakovun,
Rusiya EA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor N.Smirnovanın, Hollandiyalı professor
M.Keijzer və s. AFSEA-nın təşəbbüsü ilə keçirilən müxtəlif konfranslarda və yubiley
mərasimlərində, birgə seminarlarda iştirakı Bakıda elmi-fəlsəfi yaradıcılıq mühitinin
beynəlxalq miqyas aldığına dəlalət edir.
Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahəsində
atılmış ciddi addımlara baxmayaraq, bu sahədə həm təşkilati işin, həm də elmi yaradıcılıq
prosesinin daha da inkişaf etdirilməsinə ehtiyac vardır.
Dostları ilə paylaş: