41
bütövlükdə cəmiyyətə baxışlarında idealizmdən uzaqlaşa bilməmiş maarifin, elmin yayılması
yolu ilə yeni cəmiyyət qurmağın mümkünlüyünə inanmışdı. H.B.Zərdabinin maarifçi və
inqilabi-demokratik mövqeyi "Əkinçi" qəzetini nəşr etmək sahəsindəki fəaliyyətində özünü
daha qabarıq göstərir. Maarifçi-materialist alim kimi, onun elmi-publisistik yazılarının başlıca
mövzusunu təbii-elmi biliklərin xalq kütlələri arasında təbliği təşkil edirdi. Bu cəhətdən
Həsənbəy Zərdabinin "Yeni ulduzlar",
"Marsda insan yaşayırmı", "Prof.İ.İ.Meçnikovun kəşfi",
"İnsan bədənin hissələri" və s. məqalələri xüsusilə cəlb edir. H.B.Zərdabi astronomiyadan bəhs
edən ilk iki məqaləsində astronomiyadan mürəkkəb məsələlərindən dərindən baş çıxaran alim
kimi özünü göstərir, astronomiyanın gələcək inkişafına dair bir sıra maraqlı mülahizələr
söyləyir.
H.B.Zərdabinin bir müəllim kimi pedaqoji və əxlaqi görüşləri də müəyyən maraq
doğurur. Onun bu görüşləri üçün humanizm, vətənpərvərlik və beynəlmiləlçilik kimi mənəvi
keyfiyyətlər səciyyəvidir. O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisinin əsas amilini
maariflənməkdə,
elmdə
görmüş,
təhsilin
inkişaf
etməsinə,
həyatla
əlaqəsinin
möhkəmlənməsinə böyük əhəmiyyət vermişdir. Beləliklə, zəngin təbii-elmi və fəlsəfi irs qoyub
getmiş H.B.Zərdabinin ideyaları müasir dövrdə də ciddi dünyagörüşü və tərbiyəvi əhəmiyyət
kəsb edir.
Dostları ilə paylaş: