40
ictimai-siyasi görüşləri “Materializmin təkzibi”, “Renana cavab”, “Milli vəhdət fəlsəfəsi və
birliyin mahiyyəti”, “İslami reforma”, “Tərəqqinin ən böyük düşməni mütləqiyyətdir” və s.
əsərlərində əksini tapmışdır.
Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabi (1842-1907) Azərbaycanın görkəmli
maarifçi-demokratı, materialist filosof-mütəfəkkiri, təbiətşünas-darvinçi alimi, istedadlı
publisisti olmuşdu, O, 1842-ci ildə maarifpərvər ailədə anadan olmuşdur. Mükəmməl dünyəvi
təhsil almışdır. O, 1861-ci ildə Tiflis qəza gimnaziyasını, 1865-ci ildə isə Moskva
Universitetinin fizika-riyaziyyat fakültəsini təbiət şöbəsini bitirmişdir. Onun dünyagörüşünü
səciyyələndirən ən birinci cəhət təbii-elmi və materialist məzmun təbiətşünaslığın əsasını
qoyan, xüsusilə təbii-bioloji bilikləri geniş təbliğ edən ilk darvinist alimdir. O, Darvin təliminə
əsaslanaraq, üzvi aləmin, xüsusilə heyvan və insanın əmələ gəlməsinin təbii-obyektiv
qanunauyğunluqlarını izləmiş, bu sahədə təkamülün – təbii seçməni rolunu düzgün
qiymətləndirmişdir.
H.B.Zərdabinin Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri, öz
materialist əqidəsinə uyğun olaraq, xalq arasında, təbii-elmi, bioloji, tibbi, kənd təsərrüfatı və s.
sahələr üzrə bilikləri kütləvi şəkildə; sadə dildə təbliğ edib yaymağa çalışması olmuşdur. Onun
Azərbaycan dilində yazdığı
«Torpaq, su və hava», «Barama qurdunun saxlanması»,
Dostları ilə paylaş: