16
s. halları da hərəkət növləri bilmişdir. Siracəddin Urməvi maddi aləmin ayrı-ayrı cəhətlərini,
keyfmyyətlərini araşdırarkən bir sıra qiymətli təbii-elmi fikirlər söyləmişdir. Kainatın
geosentrik nəzərmyyəsini qəbul edən alimin təsəvvüründə maddi aləmi iç-içə yerləşmiş göylər,
onların planetləri və yer kürəsi təşkil edir. Onun fikrincə, ulduzlar üzükdə qiymətli qaş kimi
göy sferalarında qərar tutmuşdur. Təbiətşünas filosof göstərir ki, göylərin dövrləri arasında
müəyyən zaman fərqləri mövcuddur. Hər göyün iki nöqtədə dövrü olur, onu qütb adlandırırlar.
Göylərin dövrləri müəyyən saylarla hesablanır. Belə ki, bir dövrü Ay göyü bir ayda, Günəş
göyü bir ildə, Yupiter göyü 12 ildə, Saturn göyü 30 ildə başa vurur. Göylərin hərəkət sür'əti
onların kiçikliyindən, yaxud böyüklüyündən asılı deyildir.
Siracəddin Urməvi Yer kürrəsinə mövcud planetlərdən biri kimi baxmaqla yanaşı, ona
məskənimiz olması cəhətdən xüsusi diqqət yetirmiş, insanı əhatə edən şeylər və hadisələr
haqqında maraqlı mühakimələr yürütmüşdür. O, göy cisimlərinin, ilk növbədə Günəşin və Ayın
yerə təsiri, yerdəki həyat üçün mühüm amil olması barədə də söz açmışdır. Siracəddin
Urməvinin idrak nəzəriyyəsində hissin (duyğuların) və əqlin rolu, bir-birinə münasibəti düzgün
qiymətləndirilmiş, insanın bilikləri, hissi və məntiqi idrak yolu ilə əldə etməsi göstərilmişdir.
Azərbaycan filosofunun yaradıcılığında məntiqə dair əsərlər daha çoxdur. Onun fikrincə,
məntiq məlum (bilavasitə) bilikdən məchul (vasitəli) biliyə keçərkən insanı təfəkkür
xətalarından qoruyan qanundur.
Siracəddin Urməvinin zəngin fəlsəfi irsi, təbii-elmi fikirləri, xüsusən dərin məzmunlu
məntiq təlimi əsirlər boyu alimlər üçün böyük örnək olmuşdur.
Dostları ilə paylaş: