295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi
Bu o deməkdir ki, hər bir maddi cismin məkanda üç ölçüsü vardır :
uzunluğu, eni, hündürlüyü. Müvafiq surətdə bu cisim bir-birinə perpendikulyar üç istiqamətdə
hərəkət edə bilər. Zamanın isə yalnız bir ölçüsü vardır: cisimlər zamanca ancaq keçmişdən
gələcəyə doğru istiqamətdə hərəkət edə bilərlər. Zaman qayıtmazdır, keçmişi qaytarmaq
mümkün deyildir, zaman ancaq irəliyə hərəkət edir.
Məkan və zaman haqqındakı təsəvvürlərin meydana gəlməsi və onların kateqoriyalar
şəklində təşkili uzun bır tarixi yol keçmişdir. Bu tarixi prosesi, xüsusən zaman haqqındakı
təsəvvürlərin inkişafı timsalında əyani şəkildə izləmək mümkündür. Cəmiyyətin inkişafının elə
bır mərhələsi olmuşdur ki, insanlar həmin dövrdə uzun müddət varlığın zaman xarakteristikasını
sanki hiss etməmişlər. Cəmiyyətin qəbilə-icma təşkili, hər bır fərdin öz icmasından, bu
axırıncının isə bütövlükdə onu əhatə edən təbii mühitdən amansız asılılığı həmin dövrün
təfəkkür tərzinə öz təsirini göstərməyə bilməzdi.
Lakin bu cür təfəkkür ibtidai cəmiyyət üçün xarakterik olan müvafiq stereotip doğurmaya
bilməzdi:
indi mövcud olan hər şey artıq uzaq keçmişdə də mövcud idi; "indi", keçmişin əbədi dövranından başqa bir şey deyildir. Təsadüfi deyildir ki, arxaik miflərdəki süjetlərin
heç birində "keçmiş", "indi" və "gələcək" arasında keçidlər və ümumiyyətlə bu kateqoriyalar
özləri mövcud deyildir. Dünyanın nə vaxtsa formalaşmış ilkin halı,
həmin miflərdə demək olar
ki, dəyişilmədən hər yerdə və həmişə mövcud reallıq kimi iştirak edir. Ümumiyyətlə, mifoloji
təfəkkürə dəyişkənlik, prosessuallıq ideyaları yabançıdır. Nə vaxtsa baş verən hadisə mifdə heç
vaxt tamamlanıb başa çatmır. Ən qəribəsi budur ki, hadisə nəinki baş verib qurtarmır, o heç
davam da etmir. Mifik hadisə haqqında yalnız onu demək olar ki, o əbədi mövcuddur, lakin
başlanğıcı və sonu, ardıcıl aralıq mərhələləri olan proses şəklində deyil, mütləq, dəyişməz olan
predmet, əşya şəklində mövcuddur.
Məkan və zaman haqqındakı təsəvvürlərin təzəcə formalaşmağı ilk dövrlərdə qədim
insanın təfəkkürü onları hələ maddi predmet və hadisələrin ayrıca bir tərəfi kimi seçib ayıra
bilmirdi. Varlığın məkan və zaman xarakteristikası onunla tam bitişik şəkildə təsəvvür
olunurdu. Məsələn, hətta Homerdə belə "gün" sözü zaman anlayışı ilə hansısa bir təbii predmet
kimi,
sanki prosesin "yerişi", addımı kimi təsəvvür olunurdu. Məkan haqqında təsəvvürün
maddi predmetlərin özündən təcrid olunaraq, müstəqil varlıq kimi anlaşılmasına ilk dəfə olaraq
atomistlərin təlimində rastlaşırıq. Demokrit məkanı boşluqla eyniləşdirərək, onun
mövcudluğunu atomların mövcudluğu qədər real hesab edirdi. Məkanı maddi predmetlərdən
asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış