Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   31   32   33   34   35   36   37   38   39
304 felsefe m N9dialektika eyani

d)
İmkan və gerçəklik.
Dialektik fəlsəfə öyrədir ki, təbiət və cəmiyyət 
hadisələrinin çox müxtəlif qanunauyğun əlaqə formalarından biri imkanın gerçəkliyə 
çevrilməsidir.
Bu və ya başqa hadisələrin, proseslərin meydana gəlməsi imkanı maddi aləmin 
obyektiv qanunlarının fəaliyyətindən irəli gəlir və müəyyən şəraitdə gerçəklik olur, 
yaxud gerçəkliyə çevrilir. Təsadüfi deyildir ki, çox vaxt gerçəkliyə imkanın həyata 
keçməsi deyirlər. Geniş mənada gerçəklik dedikdə obyektiv surətdə mövcud olan bütün 
dünya, obyektiv reallıq başa düşülür. İmkan hadisələrin qanunauyğun hərəkətinin 
müəyyən meylini ifadə edir. Lakin imkan təkcə zərurətlə deyil, təsadüflə də bağlı olur. 
Bu və ya başqa imkan nəinki bir sıra hadisələrin qanunauyğun, zəruri hərəkətindən
habelə təsadüfi məcmusundan ibarət olur.
İmkan ilə gerçəklik inkişafın iki tərəfi kimi, inkişafın çıxış momenti və nəticəsi 
kimi bir birinə nisbi surətdə əksdir. İnkişaf isə hadisələr silsiləsi təşkil etdiyinə görə bu 
silsilənin hər bir halqası birinə nisbətən çıxış momenti və digərinə nisbətən nəticədir: 
həm imkandır, həm də gerçəklik. İmkan və gerçəklik bir-birinə keçsələr də onları qəti 
fərqləndirmək lazımdır.
İmkanlar müxtəlif olur. İki növ imkanı – 
abstrakt (formal) imkan
ilə 
real imkanı
bir- biri ilə qarışdırmaq olmaz. Müəyyən qanunauyğunluğun olması ancaq abstrakt, 
formal imkanı şərtləndirir ki, bu da həmin konkret tarixi şəraitdə hələ gerçəkliyə çevrilə 
bilməz, çünki onun gerçəkliyə çevrilməsi üçün ilkin şərait yoxdur, əməli fəaliyyətdə 
formal imkana arxalanmaq olmaz ki, guya hər şey mümkündür. Abstrakt imkan 
obyektiv qanunlara zidd deyil, müvafiq şərait yetişdikdə reallaşa bilər. Buna görə də 
abstrakt (formal) imkanı imkansızlıq da hesab etmək düzgün olmazdı. 
İmkansızlıq-heç 
zaman reallaşa bilməyən hadisədir. Çünki onun obyektiv zəmini yoxdur, hadisələr 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin