Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   31   32   33   34   35   36   37   38   39
304 felsefe m N9dialektika eyani

Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar 
Determinasiya
– fəlsəfənin ən qədim prinsipi və konsepsiyasıdır (latınca 
"determino" -"müəyyən edirəm" deməkdir). 
Bu, maddi və mənəvi aləm hadisələrinin 
obyektiv qanunauyğunluğunun, qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı 
olması və qarşılıqlı şərtlənməsi haqqında ən ümumi prinsipdir
. Determinasiya 
həmçinin gerçəklikdə baş verən dəyişiklik və inkişafın səbəblərinin izah edilməsi 
üsuludur, hərəkətlərin daxili səbəb və şərtlənməsi haqqında fəlsəfi təlimdir. 
Determinizm konsepsiyasının özəyini səbəbiyyət ideyası, bir hadisənin səbəb, 


32 
başqasının nəticədən ibarət olması, onların bir-birinə qarşılıqlı keçməsi müddəası təşkil 
edir. Hələ antik fəlsəfədə determinliyin əsasında səbəb əlaqəsinin durduğunu
səbəbiyyətin zərurəti eyni olduğunu, təsadüfün isə səbəblə heç bir əlaqəsinin olmadığını 
və ya bütövlükdə təsadüfün heç olmadığını iddia edən baxışlar olmuşdur (Demokrit və 
sonrakı dövrdə isə Spinoza). Mexaniki determinizm isə hadisənin ancaq xarici səbəblə 
(şəraitlə) bağlı olduğunu qəbul etmişdir. Determinizm prinsipini inkar edən baxış isə 
fəlsəfədə 
indeterminizm 
adlanmışdır. 
İndeterminizm 
hadisənin 
inkişafının 
qanunauyğunluğunu və səbəblə şərtlənməsini inkar edir. Lakin gerçəklik indeterminizm 
baxışını təsdiqləmir. Determinasiya əlaqələri özünün əsas ifadəsini səbəblə nəticənin 
qarşılıqlı münasibətində daha qabarıq şəkildə büruzə verir.
Ümumiyyətlə, determinizm ümumnəzəri prinsiplərinin bəzi tezislərini qeyd edək. 
Hər şeydən əvvəl
, maddi sistem və proseslərin ən ümumi asılılığı, bir – birilə 
şərtlənməsi haqqında olan tezis ön planda göstərilməlidir. 
İkincisi
, determinasiya 
şərtlənmə münasibətlərinin bütün rəngarəngliyi əsasında genetik, səbəbiyyət asılılığı du-
rur. 
Üçüncüsü
, determinasiya tiplərinin rəngarəngliyi və determinasiya münasibətlərinin 
səbəbiyyətsiz mövcudluğu haqqında olan tezis nəzərdə tutulmalıdır. 
Dördüncüsü

şərtlənmə münasibətlərinin nizamlılığı, yaxud da qanunauyğunluğu haqqında olan tezis 
də həmin qəbildəndir. Şərtlənmə prosesi nizamlı və qaydaya salınmamış xarakterə 
malikdir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin