34
şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti,
meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır.
Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə
obyektiv zərurət, qanunauyğunluq gizlənir.
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı fərqləri,
həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və təsadüfün
dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır. Deməli, zəruri
proses daxilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri prosesin inkişafı
gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surətləndirər, ya da yavaşıda bilər. Çox
vaxt inkişafın gedişində təsadüflər zəruri prosesə o dərəcədə qarışır ki, özləri zərurətə
çevrilir. Bu, o deməkdir ki, zərurət ilə təsadüf arasında heç də keçilməz bir uçurum
yoxdur, inkişaf prosesində bunlar bir-birinə təsir göstərir, bir-birinə keçir.
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisələr də
müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib dərk edilə
bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm olduqlarından onları
qarşı-qarşıya qoymaq düz deyildir.
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur: ya təsadüf
determinizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin determinə
edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur, yaxud da təsadüf bu və
ya digər hadisənin səbəbini bilməməyimizin məhsulu kimi göstərilir. Birincisi,
determinizm prinsipini inkara aparırdısa, ikincisi, təsadüfilik kateqoriyasının obyektiv
idrakı əhəmiyyətini heçə endirir.
Dostları ilə paylaş: