33
həmçinin nəticəni doğurur. Ona görə də səbəb əlaqəsi substansional əlaqədir. Səbəbiyyət
əlaqələrinin substansional xarakteri nisbilik nəzəriyyəsində inandırıcı təsdiqini
tapmışdır. Bu nəzəriyyədən məlum olur ki, yalnız elə hadisələr səbəb əlaqələri ola bilər
ki, səs surəti ilə yayılan real fiziki siqnal-proses və s. ilə əlaqədar olsun.
Genetik törəmənin münasibəti səbəbiyyət münasibətinin
mövcudluğunun ikinci
əlamətini göstərir. Burada səbəbiyyət münasibətləri bir istiqamətliliyi və yaxud zaman
assimetriyası kimi səciyyələndirilir. Bu, onu ifadə edir ki, səbəblərin formalaşması
həmişə nəticənin yaranmasına gətirib çıxarır. Əksinə isə heç vaxt olmur. Səbəbiyyət
münasibətlərinin üçüncü məcburi
əlaməti onun zəruriliyi, birmənalılığıdır. Əgər səbəb
ciddi müəyyənləşdirilmiş daxili və xarici şəraitdə yaranırsa, deməli həmin vaxt zəruri
olaraq nəticə törənir. Bu isə məkan və zamanda
səbəbiyyət münasibətinin
lokallaşmasından asılı olmur. Səbəbiyyət qanununu formulə etsək deyə bilərik: bərabər
səbəblər bərabər nəticələri doğurur.
Səbəb – nəticə münasibətlərinin dördüncü əlaməti onun məkan və zaman
fasiləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasibəti diqqətlə nəzərdən keçirilsə,
faktiki olaraq səbəblərlə əlaqələndirilmiş hadisələrin müəyyən zənciridir.
Əgər inteqral
səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu, səbəb zənciri məkanda sınıb
tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində yanaşı mövcud olursa, onda onlar
zaman intervalı ilə ayrılır və səbəb zənciri zamanda reallaşır.
Əlbəttə, səbəb ilə nəticə arasındakı münasibəti funksional asılılıq formasında
təsəvvür etmək olar: nəticə səbəbin funksiyasıdır, lakin burada səbəbiyyətdəki başlıca
cəhət pərdələnmiş olur: real bir hadisə olmaq etibarilə səbəb başqa bir real hadisə olan
nəticəni doğurur və şərtləndirir.
Dostları ilə paylaş: