35
Bir fransız əfsanəsində qolunu yelləməklə təsadüfən yoldan ötənin burnunu sındıran
insanın məhkəməsindən söhbət gedir. Günahkara
ona görə bəraət verirlər ki, heç kim
ona öz qolunun yelləməyi qadağan edə bilməz. Lakin bu hadisə ilə əlaqədar məhkəməni
qərarında deyilirdi: müttəhim müqəssirdir, çünki bir adamın qolunu yelləməyin hüdudu
digər adamın burnunun yaxınlığında qurtarır.
Göründüyü kimi, azadlıq həm hüdudsuz, həm də hüdudlu ola bilər. Azadlıq çox
vaxt həyatın elementar normaları ilə münaqişəyə girir. Fransız
əfsanəsi bir daha sübut
edir ki, mütləq azadlıq yoxdur, azadlıq həmişə nisbidir.
Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı saymağımızdan ibarət deyil,
ondan ibarətdir ki, həmin qanunlar dərk edilsin və bu bilik əsasında təbiət qanunları
planauyğun bir surətdə müəyyən məqsədlər üçün fəaliyyət
göstərməyə məcbur edilə
bilsin. Bu, həm xarici təbiətin qanunlarına, həm də insanın özünün cismani və mənəvi
varlığını idarə edən qanunlara aiddir, – bunlar iki qisim qanunlardır ki, bunları biz bir –
birindən, uzaq başı, öz təsəvvürümüzdə ayıra bilərik, gerçəklikdə isə ayıra bilmərik.
Deməli, iradə azadlığı işi bilmək əsasında bir qərara gəlmək qabiliyyətindən başqa bir
şey deyildir.
Beləliklə, insan müəyyən bir məsələ haqqında nə qədər azad mühakimə
yeridir, bu mühakimənin məzmunu da o qədər böyük bir zərurətlə müəyyən olacaqdır,
halbuki bilməməkdən irəli gələn və imkan daxilindəki bir çox müxtəlif bir– birinə zidd
qərarlar arasında guya istədiyini seçib götürən inamsızlıq özünün azad olmadığını, məhz
özünün tabe edəcəyi şeyə tabe olduğunu sübut edir. Deməli, azadlıq təbiət zərurətlərini
dərk etmək əsasında özümüzə və xarici təbiətə hakim olmaqdan ibarətdir, buna görə də
azadlıq tarixi inkişafın zəruri məhsuludur (F.Engels).
Qeyd etmək lazımdır ki, iradə azadlığı problemi insanın öz əməlləri müqabilində
əxlaqi və hüquqi məsuliyyəti problemi ilə sıx surətdə əlaqədardır. Əgər insan bu və ya
digər hərəkətə güc ilə məcbur edilərsə, o zaman həmin hərəkətə görə o heç bir əxlaqi və
hüquqi məsuliyyət daşımır. Bunu zorakılıq edənin ölümü və zədə alması faktı
ilə də
eyniləşdirmək olar.
İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısında cavabdeh olduğunu
nəzərdə tutur.
Azadlıq və məsuliyyət bir bütöv, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azadlıq
məqsədəuyğun fəaliyyətin həyata keçməsi imkanıdır. Məsuliyyət obyektiv şəraitin diktə
etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq məsuliyyət doğurur,
məsuliyyət
azadlığı istiqamətləndirir.
Elmi–fəlsəfi dünyagörüşünə görə həm azadlıq, həm də məsuliyyət obyektiv
səbəbiyyət determinizmin hökm sürdüyü dünyada mümkündür. Məsuliyyət ictimai
şüurun inkişafı, sosial münasibətlərin səviyyəsi ilə mövcud sosial institutlarla şərtlənir.