Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
304 felsefe m N9dialektika eyani

eyniyyət cəhətləri
həm də onları 
ümumidən ayıran 
fərqlilik 
vardır. 
Eyniyyət – 
predmet,
hadisə və proseslərlə başqa 
predmet, hadisə və proseslər və onların öz daxili tərəfləri arasındakı əlavə və 
münasibətlərin məzmun və formaca, xassə və vasitəcə oxşar, ümumi eyniyyət təşkil 
edən cəhətlərinin ifadəsinə deyilir. 
Fərqlilik - 
predmet,
 
hadisə və prosesin daxili tərəf və 
meyllərini bır-birindən və başqa xarici hadisələrdən ayıran, fərqləndirən cəhətlərin 
ifadəsinə deyilir. Eyniyyət və fərqlilik anlayışları nisbidir, müəyyən şərait dəyişdikdə 
bir-birinə keçə, çevrilə bilərlər. Ümumiyyətlə, təbiətdə və cəmiyyətdə mütləq və əbədi 
eyniyyət mövcud deyildir, bütün cəhətləri, xassələri ilə bir-biri ilə "eyniyyət" təşkil edən 
iki insan, iki bitki və s. tapmaq mümkün deyildir. Hadisələr arasındakı müxtəliflik, 
fərqlilik cəhətləri, meylləri isə mütləqdir, onlar inkişaf edərək ziddiyyətə gətirib çıxara 


17 
bilərlər. 
Ziddiyyət - 
predmet, hadisə və proseslər və onların daxili tərəfləri arasındakı 
fərqliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu və əksliyinin ifadəsidir. 
Ziddiyyət əksliyə, əkslik də ziddiyyətə çevrilə bilər.
Predmel və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə 
ziddiyyətli mahiyyət hadisənin ümumi inkişafını şərtləndirir. Lakin fəlsəfə tarixində bu 
ümumi qanunauyğun müddəaya münasibət müxtəlif cür olmuşdur. Heç də bütün fəlsəfi 
cərəyanlar ziddiyyətin obyektivliyini və hadisələrə daxilən xas olduğunu qəbul 
etməmişlər. Hələ Aristotel qeyd edirdi ki, ola bilməz ki, bir hadisəyə həm "hə", həm də 
"yox' deyəsən. Müsbət və mənfi cəhətlər eyni hadisəyə daxilən əks ola bilməz, "hə-
hədir, yox-yoxdur", başqa cür ola bilməz. Aristotel "Metafizika" əsərində qeyd edirdi ki, 
əgər bir şeyi eyni zamanda təsdiq və
 
inkar etməklə düz danışmaq mümkün olmazsa, 
eynilə o da mümkün deyildir ki, bir-birinə əks olan tərəflər birlikdə

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin