Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Az ərbaycanın təbii və coğrafi şəraiti



Yüklə 412,98 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix18.09.2023
ölçüsü412,98 Kb.
#145244
1   2   3   4   5   6   7   8   9   10   ...   21
267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)

Az
ərbaycanın təbii və coğrafi şəraiti. 
Az
ərbaycan şimalda Dağıstan, 
c
ənubda İran, qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistanla həmsərhəd 
olmuşdur. Tarixən dağlıq ölkə kimi tanınan Azərbaycanı Araz çayı iki yerə 
bölmüşdür. 
Ölkəni şimaldan Böyük Qafqaz dağ silsiləsi əhatə edir. Cənubi 
Az
ərbaycanın qərbində meridional istiqamətdə Qotur-Musalan dağ sistemi, 
Şərqdə isə Şimali və Cənubi Talış sıra dağları uzanıb gedir. Cənubi 
Az
ərbaycanın mərkəzi hissəsində əsasən qərbdən şərqə doğru Qaradağ, 
Kiamkin, Savalan, Mişudağ, Bozquş dağ silsiləsi uzanır.
Az
ərbaycan ərazisi Mezo-kaynazoyun çökmə, vulkanogen və intruziv 
əmələgəlmələrindəndən ibarətdir. Tektonik cəhətdən Azərbaycan ərazisi Alp 
qırışıqlıq zonasına aid olub, olduqca mütəhərrikdir, bu da yüksək seysmiklikdə 
özünü göstərir (9 bala qədər). 
Az
ərbaycanda Murovdağ, Şahdağ, Qarabağ yaylası, Talış, Qaradağ, 
S
əhənd, Savalan kimi dağlar, Kür-Araz, Lənkəran, Ərdəbil ovalıqları, Urmiya gölü 
hövzəsi düzənliyi, Sulduz, Miyanə, Zəncanvud yaylaları yerləşir. 
Az
ərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq qədim 
zamanlardan özünün yanacaq mənşəli faydalı qazıntıları – ilk növbədə nefti və 
qazı ilə şöhrət qazanmışdır. Dəmir, maqnezium, titan, xrom, mis, polimetallar, 
kobalt, m
ərgümüş, qızıl, gümüş, molibden, kvars, kolçedan və s. faydalı 
qazıntılar Azərbaycanın sərvətidir. 
Az
ərbaycan ərazisində ibtidai insanlar üçün əhəmiyyətli olan tikinti 
materialları geniş yayılmışdır. 
Az
ərbaycan ərazisi 11 mineral bulaq tipi ilə zəngindir. 
Az
ərbaycanın coğrafi vəziyyəti, atmosfer prosesləri ilə relyefin qarşılıqlı 
t
əsiri yer kürəsində mövcud olan 11 iqlim qurşağından 8-nin əmələ gəlməsinə 
şərait yaradır, yalnız 3 növ – tropik meşələr, savannalar və daimi soyuq iqlim 
ərazimizdə yoxdur. 
Az
ərbaycanın əlverişli coğrafi şəraiti qədimdən burada əkinçilik və 
maldarlığın inkişafı üçün imkan yaratmışdır. 
Ölkəmizin ərazisində ən qədim zamanlardan rütubətli isti və quru iqlim 
mövcud olmuşdur. Azərbaycan ərazisində yayı isti, qışı soyuq, yaxud yumşaq 


10 
subtropik regionlar mövcuddur. Azərbaycan təsərrüfatının tarixən inkişafını dağ 
v
ə aranın qarşılıqlı əlaqəsi təmin etmiş, dağlarda yerləşən otlaqlar, yaylaqlar 
maldarlığın ənənəvi təsərrüfat formasına çevrilməsinə şərait yaratmışdır.
Az
ərbaycanın düzənlik və ön dağ ərazilərində mülayim-isti yarımsəhra 
iqlimi, yayı quraq olan soyuq yarımsəhra və quru çöl iqlimi, eləcə də qışı quraq 
keçən mülayim-isti iqlim mövcuddur. 
Az
ərbaycan ərazisində atmosfer yağıntıları qeyri-bərabər yayılmışdır. 
Əgər Astara rayonunda illik yağıntının miqdarı 1600 mm-dən çoxdursa, 
Qobustanın cənub-şərq hissəsində bu, 150 mm-ə qədər azalır. 
C
ənubi Azərbaycanın alçaq dağlıq rayonlarında tipik və açıq-sarı 
torpaqlar 
əmələ gəlmişdir. Ərazinin digər qalan hissəsi qəhvəyi torpaqlarla 
örtülüdür. 
İqlim şəraitinin kəskin kontinentallığı və quraqlığı Cənubi Azərbaycan 
şəraitində dağlıq seyrək kolluqların və və yarımkol bitkilərin formalaşmasına 
şərait yaratmışdır. Dağlararası çökəkliklərdə, dağ ətəyində və maili düzənliklərdə 
quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ zirvəsinin 
şərq yamaclarında enliyarpaqlı meşələr və bozqır kolluqlar geniş yayılmışdır. 
X
əzər dənizinin sahili boyunca olan ərazilərdə subtropik meşələr inkişaf etmişdir. 
Az
ərbaycanda fauna və flora aləminin zənginliyi qədim zamalardan ilk 
insanların burada məskən salmalarına imkan yaratmışdır. 

Yüklə 412,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin