267 azerbaycan tarixi m N1azerbaycan erazisinde ibtidai icma qurulushu tayfa ittifaqlari ve erken dovlet qurumlari (1)
Sual 1. «Azərbaycan tarixi» fənninə giriş Ümumdünya tarixinin tərkib hissəsi olan “Azərbaycan tarixi” anlayışı çox
mürəkkəb bir anlayışdır. Azərbaycan ərazisində onlarla müstəqil dövlət yaranmış,
onlardan b
əzilərinin sərhədləri tarixi Azərbaycandan kənar torpaqlara da
yayılmışdır. Azərbaycan tarixi, tarixi-coğrafi baxımdan tarixi Azərbaycanla birlikdə
müəyyən tarixi dövrlərdə onun sərhədlərinin genişləndiyi torpaqları da əhatə edir.
Az
ərbaycan tarixinin mövzu dairəsinə gəldikdə, o, ümumiyyətlə tarixə
veril
ən tələblərlə müəyyən edilir.
Tarixin predmetini birm
ənalı olaraq müəyyən etmək mümkün deyil.
Tarixin predmeti
sosial, siyasi, iqtisadi, demoqrafik tarix, eyni zamanda şəhərin, kəndin, ailənin və şəxsi həyatın tarixi ola bil
ər. Tarixin predmetinin
müəyyən edilməsi subyektiv şəkildə dövlət ideologiyası və tarixçinin dünyagörüşü
il
ə bağlıdır.
Materialist mövqedə duran tarixçilər hesab edirlər ki, bir elm kimi tarix
c
əmiyyətin inkişaf qanunauyğunluqlarını öyrənir. Cəmiyyətin inkişafı isə son
n
əticədə istehsal üsulundan asılıdır. Bu yanaşma insana deyil, iqtisadiyyata,
c
əmiyyətə üstünlük verir.
Liberal mövqedə duran tarixçilər tarixin predmetinin təbiət tərəfindən ona
verilmiş hüquqları reallaşdıran insanın təşkil etdiyini göstərirlər. Məşhur fransız
tarixçisi Mark Blok tarixi “zamanda insanlar haqqında elm” kimi
s
əciyyələndirmişdir.
Bununla b
ərabər, Azərbaycan tarixinin bir xüsusiyyətinə də diqqət yetirmək
lazımdır. Məsələ ondadır ki, Azərbaycan torpaqları tarix boyu iyirmidən çox
dövlətin tərkibinə daxil olmuşdur. Azərbaycan tarixi öyrənilən zaman bu mühüm
c
əhət nəzərə alınmalıdır. Belə ki, Sasani imperiyasının və Ərəb xilafətinin tarixini
bilm
ədən
müvafiq
dövrlərdə
Az
ərbaycan
tarixini
öyrənmək
olmaz.
Az
ərbaycandakı vəziyyəti öyrənmədən həmin dövlətlərin tarixini tam tədqiq
etm
ək olmaz.