11
adlar müvafiq olaraq kuti və lullubi etnik adlarının əsasında yaranmışdı. E.ə. II
minillikd
ə Urmiya gölünün bir hissəsi Turukkum adlanırdı.
E.
ə. I minilliyin əvvəllərindən başlayaraq assur qaynaqlarında Cənubi
Az
ərbaycan ərazisi Manna adı altında yad edilir. Manna adının həm assur, həm
d
ə Urartu qaynaqlarında eyni cür səslənməsini əsas gətirən tədqiqatçılar bu adın
yerli ad olması fikrini irəli sürmüşlər.
Antik qaynaqlar Az
ərbaycanın cənub hissəsini Atropatena, şimal hissəsini
is
ə Albaniya adlandırmışlar. E.ə. I əsrdə yaşamış Strabon ölkənin adını Atropatın
adı ilə bağlamışdı.
Atropatena adı qaynaqlarda müxtəlif cür işlənmişdir:
1. Suriya v
ə Bizans qaynaqlarında – Adorbiqan
2. Orta
əsr fars qaynaqlarında – Aturpatakan, Adarbadaqan
3.
Ərəb qaynaqlarında – Azirbican, Azərbaycan.
Ölkəmizin adı müasir səslənmədə yalnız VII əsrdən sonrakı
dövrlərdə
işlənməyə başlanmışdır.
Az
ərbaycan adının mənşəyi bu günə qədər bir çox tarixçiləri
düşündürmüş və onlar arasında mübahisələrə səbəb olmuşdur.
Tarixçilərin bir qisminin gəldiyi qənaətə əsasən, bu xoronimin mənası
“Atropata məxsus olan” deməkdir. Məlum olduğu kimi, Makedoniyalı İsgəndər
s
ərkərdə Atropatı e.ə. 328-ci
ildə Kiçik Midiyaya, yəni Cənubi Azərbaycana
satrap t
əyin etmişdi. Atropat adının mənasının isə “od allahı tərəfindən
qorununan” olması göstərilir. Beləliklə, bu qism tədqiqatçıların
gəldiyi qənaətə
əsasən “atr” qədim İran dillərində “od” deməkdir və sonradan dəyişilərək “azər”
şəklinə düşmüşdü. Qeyd etmək lazımdır ki, tarixdə ölkə adının şəxs adından
yaranması praktikasına rast gəlinir. Məsələn: Lotaringiya (imperator Lotarın
adından), Özbəkistan (Özbəyin adından), Kolumbiya (səyyah Kolumbun
adından), Boliviya (general Simon Bolivarın adından).
B
əziləri güman edirlər ki, azər pəhləvi dilində “od”, “bayqan” isə xidmətçi
v
ə od saxlayan deməkdir. Ümumilikdə bu sözün “odlar yurdu” mənasının verməsi
qeyd edilir.
Bir qism t
ədqiqatçıların fikrincə, “atr”
sözü qədim türk termini olan,
yüksəklik, təpəlik yer bildirən “Adur” sözündən yaranmışdır.
12
T
ədqiqatçı Y. Yusifovun fikrincə, Azərbaycan sözünün kökündə mixi yazılı
m
ənbələrdə qeydə alınmış Andripatianu sözü durur.
A. Bakıxanov göstərirdi ki, ölkənin adı Azərbabəkan olmuşdur ki, bu da
“Babəkin odlar ölkəsi” mənasını verirdi. Lakin bu ad hələ e.ə.
IV əsrdə çəkilib,
Bab
əkin isə çox sonralar yaşaması məlumdur. Rus alimi İ. Dyakonovun fikrincə,
elam dilind
ə atur sözü uca, yüksək yer mənasını verirdi.
M. İsmayılovun ehtimalına görə, Azərbaycan adı adlarına Gül Tigin
abid
ələrində də rast gəlinən az xalqının adından yaranmışdır.
Az
ərbaycan adı haqqında mülahizələrin çoxluğu, xüsusilə oykonimin başqa
dill
ərdə izah olunması təəccüb doğurmamalıdır.
Tarixdən məlumdur ki, bir çox
ölkələr dünyada onlara kənardan verilən adlarla tanınmışlar. Məsələn: Gürcüstan,
Erm
ənistan, Almaniya, Macarıstan və s. Bir sıra adların isə elmi-etimoloji izahı
dem
ək olar ki, yoxdur.
Dostları ilə paylaş: