16 yaranmasına, dəyişməsinə və xitam olunmasına səbəb olan hüquqi faktların şəxslərin
iradə ifadəsi ilə əlaqəsinə görə iki növə bölünür: hadisə və hərəkət.
Dövlət cəmiyyəti hüquq münasibətləri ilə bağlayır və birləşdirir. Hüquq
münasibətləri mürəkkəb xarakterə malik olan çoxtərəfli hadisədir.
Hüquq münasibətlərinin fərqli xüsusiyyətlərindən biri də , hər şeydən öncə
hüquqla üzvi surətdə bağlılığıdır. Hüquqla əlaqəsi olmayan hüquq münasibətindən
söhbət gedə bilməz. Əgər hüquq və hüquq norması yoxdursa, hüquq münasibətləri də
yoxdur. Hüquq münasibətləri hüquqdan ayrı və ondan asılı olmadan mövcud ola
bilməz. Hüquq ictimai münasibətlərin xüsusi, rəsmi və dövlət tənzimləyicisidir.
Hüquq, hüquq münasibətləri vasitəsilə öz məqsədinə çatır və nail olur. Hüquq
münasibətləri vasitəsilə hüququn real qüvvə və səmərəli alət olması
müəyyənləşdirilir, ifadə edilir. Hüquq münasibəti ictimai münasibətin hüquqla tənzim
olunma vasitəsidir. Vətəndaşlar, təşkilatlar, idarələr və müəssisələr öz tələbatlarını
ödəmək üçün müxtəlif ictimai münasibətlərə daxil olurlar və bu münasibətlərdən
hansılar ki, hüquqla tənzimlənir onlar hüquq münasibəti adlanırlar. Hüquq
münasibətinin yaranmasına hüquq səbəb olur. Hüquq münasibətləri təkcə hüququn
yox , hüquqla tənzimetmənin nəticəsidir. Əslində baxsaq görərik ki, hüquq
münasibətinin yaranmasına səbəb ola bilməz. Hüququn öz-özünə mövcud olması ilə
heç vaxt hüquq münasibəti yarana bilməz. Mütləq müvafiq ictimai münasibətin
hüquqla tənzimlənməsi lazımdır. Hüquq münasibəti hüquqla tənzimlənən real-faktiki
münasibətin formasıdır. Beləliklə, hüquq münasibətlərinin aşağıdakı xüsusiyyətləri
diqqəti daha çox cəlb edir:
1) İctimai münasibətlərin hüquqla tənzim olunması kimi
2) Hüquqla tənzimetmənin nəticəsi kimi
3) Faktiki və real münasibətin forması kim
Hüquq münasibətinə verilən anlayışdan məlum olur ki, hüquq ictimai
münasibətləri tənzim edir. O, istənilən ictimai münasibəti tənzimləyir.
Hüquq münasibəti ideoloci münasibətdir. O, cəmiyyətin iqtisadi bazisi üzərində
yüksələn hüquq elementlərindən biri kimi çıxış edir. Hüquq münasibəti həmçinin
hüquq normaları ilə tənzimlənən ictimai münasibətlərin forması kimi çıxış edir.