Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
15 
vasitəsi ilə həyat keçirilir. Bəzən hüquq münasibətlərində tərəflərdən biri yalnız 
hüquqlar həyat keçirir, digər tərəf isə yalnız vəzifələr daşıyır. Əksər hüquq 
münasibətlərində tərəflərin hər iksi hüquqlara və vəzifələrə malik olurlar. Konkret 
hüquq münasibətlərinin subyektlərinin subyektiv hüquqları və vəzifələri qarşılıqlı 
əlaqədə olur. 
Hüquq münasibətlərinin digər xüsusiyyəti subyektin birinin davranışının digər 
subyektin tələblərinə uyğun olmasıdır. Yəni hüquqi vəzifələr daşıyan şəxs 
səlahiyyətli şəxsin ondan tələb etdiyi hərəkətləri yerinə yetirməyə borcludur. Buradan 
göründüyü kimi hüquq münasibətlərinin subyektləri bir-bir ilə qarşılıqlı hüquq və 
vəzifələrlə əlaqəli fəaliyyət göstərirlər. Hüquq münasibətlərinə daxil olan 
subyektlərin bu münasibətlərə girməkdə məqsədləri olur. Məsələn, onlar əmlaka 
hüquq əldə etmək, hər hansı hərəkətləri etmək və yaxud bunları etməkdən çəkinmək 
məqsədi ilə hüquq münasibətlərinə daxil olurlar. Hüquq münasibətləri subyektlərin 
qanun marağı ilə əlaqədardır. Bu marağın məzmununu maddi, mənəvi və digər 
ictimai sərvətlər təşkil edir.
Hüquq münasibətlərinin digər fərqli cəhəti onların obyektlərindədir. Yuxarıda 
göstərdiyimiz maddi və qeyri maddi nemətlər, həmçinin müəyyən hərəkəti etmək və 
ya hərəkətdən çəkinmək hüquq münasibətlərinin obyektini təşkil edir. Hüquq 
münasibətlərinin obyektləri arasında insanların hərəkətləri, davranışları xüsusi yer 
tutur. 
Hüquq münasibətləri maddi münasibətlərin əsasında meydana gəlir, dəyişilir 
və xitam olunur. Hüquq normasında olan və hüquq münasibətlərinin əmələ gəlməsi, 
dəyişməsi və ya xitam olunmasının əsasını təşkil edən həyati hallar da hüquq 
münasibətlərinin xüsusiyyətlərindəndir. Bu həyati hallar hüquqi faktlar adlandırılır. 
Hüquqi faktlar hüquqi nəticələrinə görə aşağıdakı kimi təsnif olunur. Hüquq 
münasibətlərinin əmələ gəlməsinə səbəb olan faktlar, hüquq münasibətlərinin 
dəyişdirilməsinə səbəb olan hüquqi faktlar və hüquq münasibətlərinin xitam 
edilməsinə səbəb olan hüquqi faktlar. Hüquqi faktlar hüquq normalarının göstərişləri 
əsasında subyektlər arasında münasibətləri yaradır. Hüquq münasibətlərinin 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin