11 Sadə hüquq münasibətləri onunla xarakterizə olunur ki, burada tərəflərdən biri
subyektiv hüquqa, digəri isə vəzifəyə malikdir. Borc müqaviləsi əsasında yaranan
hüquq münasibətləri buna misal göstərilə bilər.
Sual 2. Hüquq münasibətlərini digər münasibətlərdən fərqləndirən xüsusiyyətlər İnsanlar müxtəlif sosial normalarla nizama salınan cürbəcür münasibətlərdə
iştirak edir. Məsələn: hüquq normaları ilə nizama salınan ictimai münasibətlər hüquq
münasibətlərini, əxlaq normaları ilə tənzimlənən münasibətlər əxlaq münasibətlərini,
siyasi normalarla tənzimlənən münasibətlər siyasi münasibətləri əmələ gətirir. Bu
münasibətlər həm tənzimlədiyi proseslərə, həm subyektlərinə, həm tərkibinə, həm də
quruluşuna görə fərqlənirlər. Bunlardan hüquq münasibətləri xüsusilə fərqlənir.
Hüquq münasibətləri bir çox xüsusiyyətlərinə görə digər ictimai münasibətlərdən
fərqlənir. Hüquq münasibətlərinin əlaqələri qarşılıqlı və davamlıdır. Hüquq
münasibətləri insanlar arasında o münasibətləri tənzimləyir ki, onlar hüquq normaları
ilə müəyyən edilir. Hüquq münasibətləri hüquq normaları ilə tənzimləndiyinə görə
onlarla sıx əlaqədədir. Hüquq normaları və hüquq münasibətləri birlikdə bütövlük
təşkil edirlər. İctimai həyatda hüquq münasibətləri yalnız hüquq normaları ilə əmələ
gəlir. Ən əsas fərqlərdən biri də elə budur. Yəni, digər ictimai münasibətlər olan
əxlaq maddi istehsal, sosial, siyasi və başqa münasibətin özünəməxsus normaları ilə
tənzimlənir. İctimai həyatda hüquq normaları hüquq münasibəti vasitəsi ilə ifadə
olunurlar. Hüquq münasibətlərinin digər xüsusiyyəti odur ki, münasibət
iştirakçılarının subyektiv hüquq və vəzifələri vardır. İştirakçılar yalnız bu hüquq və
vəzifələrə malik olduqda hüquq münasibətlərinə daxil ola bilərlər. Bu hüquq və
vəzifələr bir-birinə uyğun gəlirlər. Münasibətdə bir tərəfin hüququ digərinin
vəzifəsinə uyğun gəlir. Bu iştirakçıların öz hüquqlarını həyata keçirməsi və vəzifə
daşıması hüquq münasibətini yaradır. İctimaihəyatda insanlar müxtəlif münasibətlərə
- ailə, əmlak, dostluq, məhəbbət, həmçinin müxtəlif dövlət və qeyri dövlət
təşkilatlarında üzvlüklə bağlı münasibətlərə daxil olurlar. Bu münasibətlərdən
görünür ki, heç də bütün bu münasibətlər hüquq normaları ilə tənzimlənmir, nizama