7 vətəndaşların və hüququn bütün subyektlərinin mənafeyi açıqcasına pozulduğu
hallarda istifadə olunur. Əksər hallarda hüququn subyektləri öz vəzifələrini könüllü
surətdə yerinə yetirirlər. Hüquq münasibətləri əsasən onların daxili mütəşəkkilliyi,
dövlət, cəmiyyət və xalq qarşısında məsuliyyət hissi ilə təmin olunur.
Hüquq münasibətləri hüquq normalarını realizə etdiyinə və onların tələbinə
uyğun olaraq meydana gəldiyinə görə həmişə iradəvi xarakter daşıyır. Əvvəla, ona
görə ki, hüquq münasibətləri iradəvi xarakter daşıyır və xalqın qanuniləşdirilmiş
iradəsinin həyata keçirilməsinə yönəlir, ikincisi isə hüquq münasibətlərinin meydana
gəlməsi bu münasibətlərin konkret iştirakçılarının iradə ifadəsi ilə əlaqədardır.
Hüquq münasibətləri hər şeydən əvvəl subyektiv hüquqların, yəni şəxsə
mənsub olan hüquqların həyata keçirilməsi formasıdır. Bu mənada hüquq
münasibətləri yalnız şəxsin öz hüquqlarını həyata keçirmək arzusu nəticəsində
meydana gələ bilər. Ona görə də iradə ifadəsinin azadlığı hüquq münasibətlərinin
xüsusiyyətini təşkil edir. Hüquq münasibətləri iştirakçılarının bərabərliyi və onların
hüquq normaları ilə müəyyən edilmiş iradə ifadəsinin azadlığı vətəndaşların faktiki
bərabərliyinə və onların iradə ifadəsi azadlığının real olaraq təmin edilməsinə
arxalanır.
Hər iki növ hüquq münasibətinə aşağıdakı ümumi əlamətləri aid etmək olar:
1) ideoloci əlamət, çünki onların yaranması, dəyişməsi və xitamı insanların
təfəkküründən ilk növbədə hüquqidərketmə sferasından keçir;
2) iradəvi əlamət, çünki hüquq münasibətləri həmişə tərəflərin, yaxud
tərəflərdən birinin iradəsinin ifadəsidir;
3) ikitərəflilik, yəni iştirakçılar arasında həmişə onların subyektiv hüquqları və
hüquqi vəzifələri vasitəsilə əlaqə olur;
4) tərəflərin münasibətlərinə qarşılıqlı xarakterikdir, çünki bu münasibətlər
qarşılıqlı hüquqlarda və vəzifələrdə ifadə olunurlar;
5) hüquq münasibətində tərəflərin fərqləndirici xüsusiyyəti kimi hüquq
subyektliliyinə malik olması;