8 6) tərəflərin konkret davranışını müəyyənləşdirməsindən və ictimai iradəni
formalaşdıraraq, yaxud müəyyənləşdirərək, ictimai praktikaya nizam və qayda
elementi daxil etməsindən irəli gələn hüquq münasibətlərinin tənzimləyici rolu.
Hüquq normaları ilə əlaqədə və onların əsasında meydana gələn hüquq
münasibətləri həyatda çoxdur. Onlar hüquq münasibətinin tərəfi (subyekti) üzərində
konkret subyektiv hüquqlar və vəzifələrin qoyulması ilə hüquq normalarındakı
(obyektiv hüquqda) ümumi göstərişlərinə keçid vasitəsi olur.
Belə qəbul edilmişdir ki, hüquq norması əsasında meydana gələn hüquq
münasibətləri hüquq sistemində və ictimai münasibətlərin dövlət-hüquqi tənzimləmə
mexanizmdə aşağıdakı funksiyaları yerinə yetirirlər:
1) konkret situasiyalarda konkret hüquq normasının qüvvəsinin təsiri altına
düşən subyektlərin dairəsini müəyyənləşdirirlər;
2) abstrakt, ümumi xarakter daşıyan hüquq normalarının konkretləşdirilməsi
yolu ilə konkret subyektlərin davranışını fərdiləşdirirlər;
3) bir qayda olaraq, zərurət olduqda subyektiv hüquqların və hüquqi vəzifələrin
müdafiəsinin hüquqi vasitələrinin hərəkətə gətirilməsinin zəruri şərti kimi çıxış
edirlər.
Hüquq münasibətləri formasında olan hüquqi əlaqələr konkret və ümumi
xarakter daşıya bilər. Konkret hüquq münasibətləri hüquq və vəzifələri konkret
müəyyən edilən iştirakçılar arasındakı hüquqi əlaqədir. Bu, əsasən ayrı-ayrı hüquq
sahələrinin mülki hüquq, ailə hüququ, əmək hüququ və s. normalarına
münasibətləri, valideynlər və uşaqlar arasındakı hüquq münasibətləri və s. Ümumi
hüquq münasibətləri və yaxud ədəbiyyatda adlandırıldığı kimi «davam edən»,
«ümuminizamlayıcı» hüquq münasibətləri başlıca olaraq mühüm, əsas münasibətləri
nizama salan konstitusiya normalarına əsaslanır. Məsələn, qanunverici və icraedici
orqanlar arasında hüquq münasibətləri, habelə vətəndaşlar tərəfindən özlərinin siyasi
hüquqları və azadlıqlarının həyata keçirilməsi prosesində meydana gələn hüquq
münasibətləri ümumi hüquq münasibətlərinə aiddir. Ümumi hüquq münasibətləri
sözün geniş mənasında hüquq münasibətləridir. Konkret hüquq münasibətlərinə
(sözün dar mənasında hüquq münasibətlərinə) nisbətdə ümumi hüquq münasibətləri