27
doğurur, obyektiv hüquqazidd əməllər isə hüquqi məsuliyyət doğurmur. Məsələn,
əgər azyaşlı uşaq bağ evini yandırmışdırsa, o, cinayət məsuliyyəti daşıya bilməz və
belə hüquq
münasibətləri əmələ gəlmir, lakin onun əməlləri mülki-hüquqi
münasibətlər doğurur zərərçəkənlərdə onlara dəymiş zərərin ödənilməsini tələb
etmək hüququ yaranır.
Hüquqi
hadisələr, yəni qanunun əlaqələndirdiyi müəyyən hüquqi nəticələr
əksər etibarilə insan davranışı ilə bağlı olmayan təbii təzahürləri təmsil edirlər:
zəlzələlər, su daşqınları və digər təbii fəlakətlər, müəyyən müddətin bitməsi, qanunun
nəzərdə tutduğu yaş həddinin yetişməsi, təbii ölüm və s.
Bu cür hadisələr mütləq
adlanırlar.
Lakin hüquqi hadisələr nisbi, yəni yaranan hüquq münasibətinin iştirakçıları
olmayan insanların əməlləri və hərəkətləri də ola bilər. Məsələn, insanın ölümü,
yaxud onun əmlakının məhv edilməsi kimi hadisələrin təkcə təbii fəlakətlərin təsir
nəticəsi deyil, həm də insan davranışının aktları (qəti, qəsdən yanğın törətmə) olması
da mümkündür. Əgər hüquqi məsuliyyət doğuran münasibətlər
məhz cinayətkar
əməllərlə, yəni təqsirkar şəxslərin iradəli hərəkətləri ilə (yaxud hərəkətsizliklə)
yaranırsa, sığorta müqaviləsi üzrə isə hallar hərəkətin yox, onların nəticələrinin
(ölüm, əmlakın itirilməsi), baş verməsindən yaranır.
28
NƏTİCƏ
Qeyd etdiyimiz
suallardan göründüyü kimi, hüquq münasibətləri geniş
məfhumdur. Onun özünəməxsus xüsusiyyətləri açıqlandı və fərqli əlamətləri şərh
edildi. Hüquq münasibətlərini və onun əsas xüsusiyyətlərini açıqlayarkən
belə bir
nəticəyə gəlmək olar ki, hüquq münasibətinin yaranması üçün müəyyən mənafe
olmalıdır. İnsanlar hüquq münasibətlərinə tələbatlarını
ödəmək üçün, yəni öz
mənafeləri üçün daxil olurlar. Hüquq sisteminin müxtəlif sahələri (mülki cinayət,
inzibati, konstitusiya və s.) hər biri özünəməxsus hüquq münasibəti ilə tənzimlənir.
Bu hüquq sahələrini hüquq münasibəti olmadan təsəvvür etmək mümkün deyil. Əgər
hüquq münasibətləri və onları tənzimləyən normalar olmasaydı, onda hüquq
sisteminin müxtəlif sahələri arasında qarışıqlıq yaranardı.
Hüquq münasibətlərinin
əsas əhəmiyyəti ondadır ki, şəxsin hansı hüquq sahəsində işi varsa o, konkret olaraq
həmin hüquq sahəsinə daxil olur. Bu da həm dövlət orqanlarının, həm də
vətəndaşların işini asanlaşdırır.
Açıqladığımız kimi, hüquq münasibətlərinə hüquqiliyi onun hüquq normaları
ilə tənzimlənməsi verir. Ümumiyyətlə hüquq münasibətləri hüquqdan ayrı şəkildə
mövcud ola bilməz. Hüquq münasibətləri
təkcə hüququn yox, hüquqla tənzim
etmənin nəticəsidir.