Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
21 
Məs; yetkinlik yaşına çatmış insan narkotik vasitələrə, alkoqolizmə qurşanıb və 
onun bu hərəkəti ailənin vəziyyətini ağırlaşdırır. Məhkəməyə müraciət olunur və
məhkəmə işə baxdıqdan sonra qərar çıxararaq və şəxsin fəaliyyət qabiliyyətini
məhdudlaşdırır. Əgər şəxsin narkotik maddələrdən istifadəsi ailənin vəziyyətini 
ağırlaşdırmırsa, onun fəaliyyət qabiliyyəti məhdudlaşdırılmır. Fəaliyyət qabiliyyəti
məhdudlaşdırılan şəxsin əmlak münasibətləri məhdudlaşdırılır. Onun üzərində hami 
təyin olunur. Bu zaman hami onun yoldaşı, oğlu (əgər tam fəaliyyət qabiliyyəti varsa) 
ola bilər. Fəaliyyət qabiliyyəti yenidən bərpa oluna bilər. Əgər şəxs narkotik 
maddələrdən istifadəni tərgitərsə, yenidən məhkəməyə iddia ilə müraciət olunur. 
Əgər ona təyin olunmuş hami bu bərpadan imtina edərsə, həmin şəxs başqasına
iddia qaldırmaq üçün müraciət edə bilər. 
Fəaliyyət qabiliyyəti ruhi xəstəliklə əlaqədar xitam oluna bilər. Əgər şəxs, 
sonra sağalarsa, fəaliyyət qabiliyyəti bərpa olunur. 
Fərdi subyektlərin hüquqsubyektliliyi (hüquq qabiliyyəti, fəaliyyət qabiliyyəti, 
delikt qabiliyyəti) aşağıdakı şərtlərdən asılıdır: 
- yaş; 
- vətəndaşlıq; 
- ruhi sağlamlıq durumu; 
- cins; 
- digər şərtlər; 
Kollektiv subyektlərin hüquqsubyektliliyi onların qanunla (digər normativ 
aktlarla) müəyyən edilmiş səlahiyyətlərinin həcmi və məzmunundan asılıdır. 
Bütün təşkilatların hüquq və fəaliyyət qabiliyyəti onların nizamnaməsi və ya 
əsasnaməsinin təsdiq edilməsi ilə bir vaxtda əmələ gəlir. Hüququn subyekti kimi 
təşkilatların xarakterik xüsusiyyəti onlarda xüsusi hüquq qabiliyyətinin olmasıdır. Bu, 
o deməkdir ki, hər bir təşkilat onun nizamnaməsi və ya əsasnaməsi ilə müəyyən 
edilən və məhz ona məxsus olan hüquq qabiliyyətinə malikdir. Təşkilatlar fəaliyyət 
qabiliyyətini öz orqanları (müdir, ümumi yığıncaq, idarə heyəti) və yaxud 
nümayəndələri vasitəsilə həyata keçirilir. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin