Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
18 
münasibətlərinin yaranması mərhələsində tərəflərin iradəsi prosesi təzahür etmir. 
İradə hüquq münasibətlərinin həyata keçirilməsi və icrası mərhələsində ifadə olunur.
Hüquq münasibətləri konkret şəxslər arasında mövcud olan qarşılıqlı 
münasibətlərdir. İstənilən hüquq münasibəti iki subyekt arasında yaranır. Demək olar 
ki, hüquq münasibətinin subyektlərini həmişə konkret olaraq müəyyən etmək 
mümkündür. Hüquq və vəzifələr hüquq münasibətlərinin subyektlərini qarşılıqlı 
surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. 
Hüquq münasibətləri həyata keçirilərkən dövlətin məcburetmə qüvvəsi ilə 
təmin olunur. Bu onun ən əsas xüsusiyyətlərindən biridir. İctimai münasibətlərin 
digər növləri hüquq münasibətinə xas olan bu xüsusiyyətə malik deyillər. Ancaq 
bütün hüquq münasibətləri dövlət məcburetməsi ilə təmin olunmur. Məsələn, hüquq 
pozuntularından əmələ gələn münasibətləri dövlət mühafizə etmir. 
Beləliklə, göstərilən hüquq münasibətlərinin xüsusiyyətləri hüquq 
münasibətlərini digər münasibətlərdən fərqləndirməyə imkan verir.
Açıqladığımız kimi hüquq münasibətlərinin yaranması üçün müəyyən şərtlər 
lazımdır. Bu şərtlər olmadan hüquq münasibətləri yarana bilməz. Bu şərtlər hüquq 
normaları, hüquqi faktlar və hüquq subyektivliyidir. Hüquq subyektivliyi dedikdə
tərəflərin hüquq və fəaliyyət qabiliyyəti başa düşülür. Yalnız bu üç şərt olduqda 
hüquq münasibətləri yaranır və fəaliyyət göstərir. Göstərdiyimiz əlamətlər 
nəticəsində hüquq münasibətlərinin ictimai münasibətlərin xüsusi növü olduğu 
müəyyənləşdirilir.
 
 
 
 
 
 


 
19 
Sual 3. Hüquq münasibətlərinin tərkibi. 
 
 
 
Bütün 
mürəkkəb 
ictimai 
hadisələrdə 
olduğu 
kimi, 
hüquq 
münasibətlərinin də müəyyən tərkibi, quruluşu və tərkib hissələri vardır ki, onların 
ünsürləri hüquq münasibətlərinin ümumi anlayışını əmələ gətirir. Hüquq 
münasibətlərinin tərkib ünsürlərinə hüququn subyektləri, onların subyektiv hüquq və 
vəzifələri, habelə hüquq münasibətlərinin subyektləri daxildir. 
İctimai münasibətlərin bir forması olmaqla hüquq münasibətləri iştirakçıları 
olmadan təsəvvür edilə bilməz, çünki hüquq münasibətləri şeylər arasında deyil, 
hüquq və vəzifələrin daşıyıcısı olan subyektlər arasında əmələ gəlir. 
Hüquq münasibətlərinin subyektləri (tərəfləri) - qarşılıqlı hüquqlara və 
vəzifələrə malik hüquq münasibətinin iştirakçılarıdır. 
Əksər vaxt tərəflər iki olur: alqı-satqıda satıcı və alıcı, istintaqda müstəntiq və 
şahid və s. Lakin çoxtərəfli münasibətlər də mövcuddur. Məsələn; hər bir vətəndaş 
özünün konstitusion hüquqlarına görə bütün yerdə qalan subyektlərlə, o cümlədən 
dövlətlə hüquq münasibətində olur. 
Öz tərkibinə görə hüquq münasibətlərinin subyektləri fərdi və kollektiv növlərə 
bölünə bilərlər. Fərdi subyektlərə dövlətin vətəndaşları, xarici vətəndaşlar
vətəndaşlığı olmayan şəxslər və ikili vətəndaşlığa malik şəxslər aid edilir. Kollektiv 
subyektlər sırasında dövlət-ərazi quruluşları (dövlətlər, federasiya subyektləri, 
rayonlar və digər ərazi vahidləri, seçki dairələri), onların əhalisi, habelə təşkilatları 
(dövlət orqanları, ictimai birliklər, müəssisələr, kommersiya strukturları və s.) qeyd 
etmək olar. 
Bu və ya digər subyektin hüquq münasibətinin iştirakçısı olması onun 
hüquqsubyektliliyi, yəni hüququn subyekti olmaq imkanı ilə müəyyənləşir. 
Hüquqsubyektliliy müəyyən şəxsin özəl xüsusiyyətidir, siyasi-hüquqi vəziyyətidir və 
özündə üç elementi birləşdirir. 
1) hüquq qabiliyyəti  subyektiv hüquqlara və hüquqi vəzifələrə malik olmaq 
qabiliyyəti; 
2) fəaliyyət qabiliyyəti  öz fəaliyyəti ilə hüquq və vəzifələri əldə etmək, 
həyata keçirmək qabiliyyəti; 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin