14 Hüquq münasibətlərinin subyektləri ilə əxlaq münasibətlərinin, maddi istehsal
münasibətlərinin, siyasi münasibətlərin, iqtisadi münasibətlərin subyektləri bir-
birindən daxil olduqları münasibətlərə görə fərqlənirlər. Məsələn, əxlaq
münasibətlərinin subyektlərinə nəzər yetirsək görərik ki, onun subyektləri hamı ola
bilər. Çünki istər azyaşlılar, istərsə də böyüklər münasibətlərə daxil olarkən müəyyən
davranış qaydalarına riayət edirlər. Bu davranış qaydalarını isə əxlaq normaları
yaradırlar. Hüquq münasibətlərinin subyektləri isə müəyyən hüquq və vəzifələrə
malik olurlar. Bu hüquq və vəzifələr hüquq normaları əsasında yaranırlar. Əxlaq
münasibətlərinin subyekti olmaq üçün müəyyən vaxt, yaş həddi qoyulmamışdır.
Ancaq hüquq münasibətlərində hüquq normaları üzrə vətəndaşların hüquq və
fəaliyyət qabiliyyəti müxtəlif vaxtlarda başlayır. Məsələn, mülki hüquqda vətəndaşın
hüquq və fəaliyyət qabiliyyətinin başlama vaxtları fərqlidir. Hüquq qabiliyyəti
vətəndaşda doğum anında, fəaliyyət qabiliyyəti isə 14 yaşından məhdud formada, 18
yaşından isə tam yaranır. Hüquq münasibətlərinin subyektlərinin fəaliyyət qabiliyyəti
məhkəmə qaydasında məhdudlaşdırıla bilər. Məsələn, yetkinlik yaşına çatmış şəxs
narkotik vasitələrə, alkoqolizmə qurşanıbsa və bu hərəkətlər onun ailə ağırlaşdırırsa
şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdırılır. Əgər şəxsin bu hərəkətləri ailə
vəziyyətini ağırlaşdırmırsa, onda şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdırılmır.
Şəxsin fəaliyyət qabiliyyəti yenidən bərpa oluna bilər. Fəaliyyət qabiliyyəti həmçinin
ruhi xəstəliklə əlaqədar olaraq xitam oluna bilər.
Hüquq münasibətlərinə vətəndaşlar adətən hər hansı bir iş ilə əlaqədar olaraq
daxil olurlar, münasibət subyektinə çevrilirlər. Ancaq əmək münasibətlərinə diqqət
yetirsək onun subyektləri gündəlik bu münasibətlərə daxil olurlar. Çünki öz
ehtiyacını təmin etmək üçün insan işləməlidir, yəni əmək münasibətlərinə daxil
olmalıdır.
Hüquq münasibətləri müəyyən məzmuna malikdir və hüquq münasibətlərinin
məzmunu dedikdə münasibət subyektlərinin subyektiv hüquq və hüquqi vəzifələri
başa düşülür. Hüquq münasibətlərində tərəf iştirak edə bilər. Konkret hüquq
münasibətlərində bu tərəflərin hər birində bir neçə subyekt çıxış edə bilər. İstənilən
tərəfin subyektləri arasındakı münasibətlər subyektiv hüquqları və hüquqi vəzifələr