Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   2   3   4   5   6   7   8   9   ...   24
203 movzu N 1. huquq munasibetleri

 

Geniş mənada hüquq münasibətlərini dövlətin iştirakı olmadan iştirakçıların özləri 
təmin edirlər. 
Hüquq münasibətləri hüquq normalarına əsaslanan elə ictimai münasibətlərdir 
ki, onların iştirakçıları dövlət tərəfindən təmin edilən subyektiv hüquqları həyata 
keçirir və hüquqi vəzifələri icra edirlər. 
İctimai münasibətlərin digər növlərində olduğu kimi, hüquq münasibətləri də 
müxtəlif subyektlər  dövlət, dövlət təşkilatları, vətəndaşlar və ictimai təşkilatlar 
arasında əlaqələri təşkil edir. Lakin digər əlaqələrdən fərqli olaraq bu əlaqə hüquqi 
xarakter daşıyır, hüquq normalarına əsaslandığına görə hüquqi əlaqə hesab edilir. 
Hüquq ictimai münasibətlərə təsir edərək insanlar arasındakı faktiki ictimai əlaqələrə 
hüquqi forma verir. Bu mənada hüquq münasibətləri real əlaqələrin hüquqi ifadəsidir. 
Hüquq münasibətləri digər ictimai normalarla (əxlaq və adət normaları və s.) 
nizama salınan ictimai münasibətlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. 
Hər şeydən əvvəl hüquq münasibətləri hüquq normaları ilə sıx əlaqədardır. 
Hüquq normaları və hüquq münasibətləri bütöv bir tam təşkil edir. İctimai həyatda 
yalnız hüquq normaları ilə nəzərdə tutulan hüquq münasibətləri əmələ gəlir. Deməli, 
hüquq münasibətləri hüquq normalarının ictimai həyatda realizə olunması 
formalarından biridir. 
Hüquq münasibətlərinin hüquq normaları ilə əlaqəsi belə bir cəhətdə də özünü 
göstərir ki, hüquq münasibətlərinin iştirakçıları bir qayda olaraq subyektiv hüquqlara 
və hüquqi vəzifələrə malik olurlar. Yalnız belə vəziyyətdə onlar bu və ya digər 
hüquq münasibətlərinə daxil ola bilərlər. Hüquq münasibətləri iştirakçılarının hüquq 
və vəzifələri bir-birinə uyğun gəlir. Vəzifə daşıyan tərəfin davranışı digər tərəfin 
qanuni tələblərinə uyğun olmalıdır, bunsuz hüquq münasibətlərini təsəvvür etmək 
çətindir. Subyektiv hüquqların həyata keçirilməsi və hüquqi vəzifələr daşıma hüquqi 
əlaqə, yəni hüququn subyektləri arasında hüquq münasibətləri yaradır. 
Hüquq münasibətlərini fərqləndirən cəhət ondan ibarətdir ki, o, həmişə dövlət 
məcburiyyətinin tətbiqi ilə təmin oluna bilər. Dövlətin özü vətəndaşlarının 
hüquqlarının və qanuni mənafeyinin əsas təminatçısı olmaqla, onların hüquq və 
azadlıqlarını mühafizə edir. Lakin cəmiyyətdə dövlət məcburiyyətindən yalnız 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin