5 toy etmək qadağandır. Bunu kimin yaratması məlum deyil, amma burada təzad,
ziddiyyət yaranmır. Lakin tədricən təzad yarana bilər. Təfəkkürdə tədricən fikir
formalaşır ki, mən buna niyə riayət etməliyəm. Bax, bu zaman mövcud və tələb
olunan qayda arasında ziddiyyət üzə çıxır. Deməli, hüquq münasibətlərinin belə
təqdimatı yanlış deyil, sadəcə olaraq, burada adət, prinsiplər, doktrina kənarda qalır.
Əgər hər hansı bir norma real gerçəklikdə yoxdursa, heç bir əhəmiyyəti
yoxdur. Ona görə Alman hüquqşünası Erlix hüququ canlı və cansız hüquqa bölüb.
Pozitivistlər hüquq münasibətlərini digər münasibətlərdən fərqləndirmək üçün hüquq
münasibətlərini dövlət məcburetməsi ilə əlaqələndirirlər. Yəni ictimai münasibətlər
dövlət məcburetməsi ilə əlaqəlidirsə, hüquq münasibəti sayılır.
Hüquq münasibətlərini hüquq normalarına nisbətdə geniş və dair mənada, yəni
iki aspektdə nəzərdən keçirmək olar. Geniş mənada hüquq münasibəti adı altında
qanundan əvvəl obyektiv meydana gələn xüsusi sosial qarşılıqlı fəaliyyət forması
anlaşılır. Onun iştirakçıları qarşılıqlı, müvafiq hüquq və vəzifələrə malik olurlar, bu
zaman onları dövlətin qadağan etmədiyi xüsusi qaydada, öz tələbatlarının və
maraqlarının ödənməsi məqsədilə realizə edirlər. Dar mənada isə «hüquq münasibəti»
sözü hüquq normasının nizamladığı sosial münasibətin növlərindən biri kimi
anlaşılır. Bu zaman onun iştirakçıları qarşılıqlı, müvafiq hüquq və vəzifələrə malik
olub, dövlət tərəfindən təmin və mühafizə edilən xüsusi qaydada öz tələbat və
maraqlarının ödənməsi məqsədilə onları realizə edirlər.
Hüquq normaları əsasında yaranan hüquq münasibətləri öz təməlində hüquqi
fakta (faktik tərkibə) malik olurlar. Onlar hüquq normalarında olub, ümumi xarakter
daşıyan, dövlətin təminat verdiyi və mühafizə etdiyi dövlət iradəsini gerçəkləşdirirlər.
Onların xüsusi iradəli xarakteri isə aşağıdakılarda ifadə olunur: a) dövlət iradəsi
hüquq münasibətinin subyektindən asılı olmayaraq hüquq normalarında ifadə olunur;
b) hüquq münasibətində fərdin iradəsi onun əmələ gəlməsində, dəyişməsində və
xitam olunmasında üzə çıxır. Bu halda dövlət bu növ hüquq münasibətinin tam
realizəsi üçün lazımi şəraitlər (iqtisadi, siyasi, təşkilati və s.) yaradılır. Əgər
səlahiyyətinin, yaxud hüquq münasibətinə girən mükəlləfiyyətli şəxsin azadlıq
meyarı pozurdusa, dövlət onları təmin etməkdən ötrü məcburetmə tədbirləri görür.