9 aparıcı rol oynayır, çünki hüququn aparıcı sahəsi olan dövlət hüququnun normalarına
əsaslanır.
Ümumi hüquq münasibətlərində tərəflərdən biri qismində dövlət özü çıxış
edir. Cəmiyyətdə dövlət vətəndaşların əsas hüquq və vəzifələrini möhkəmləndirir,
vətəndaşlar qarşısında onların hüquq və vəzifələrinin təkcə möhkəmləndirilməsi
sahəsində deyil, həm də bu hüquqların təmin edilməsi və mühafizə olunması üzrə
müəyyən vəzifələr daşıyır. Dövlət və vətəndaşlar arasındakı belə münasibətlər və
buna bənzər digər münasibətlər ümumi hüquq münasibətləri olub nisbətən uzun
zaman davam edir.
Hüquq münasibətlərinin növlərini təsnifat əsasından, yaxud əlamətindən asılı
olaraq fərqləndirilirlər. Sahə aidiyyətinə görə konstitusion, yaxud dövlət-hüquqi,
mülki, mülki-prosessual, cinayət, cinayət-prosessual, cəza-icra, inzibati və digər
hüquq münasibətləri seçilirlər. Hüquq münasibətləri sahələr üzrə fərqləndirilərkən
onların maddi və prosessual hüquq münasibətlərinə bölünməsi böyük əhəmiyyət
daşıyır. Maddi hüquq münasibətləri maddi hüquq normaları əsasında yaranırlar və
ictimai münasibətləri birbaşa tənzimləyirlər. Onlar bir növ subyektlərə hüquq və
azadlıqlar verməklə onların üzərinə köçürlər. Prosessual hüquq münasibətləri
prosessual normalar əsasında yaranırlar və təşkilati, idarəedici xarakter daşıyırlar,
yəni subyektin hüquq və vəzifələrinin realizasiyası prosedurasını nəzərdə tuturlar.
Hüququn başlıca funksiyalarına uyğun olaraq tənzimləyici və mühafizəedici
hüquq münasibətləri də fərqlənirlər. Tənzimləyici hüquq münasibətləri müəyyən
qaydanı möhkəmləndirən, cəmiyyətdə hüquqi qayda yaranan tənzimləyici hüquq
normalarının realizəsinin nəticəsidir, yəni o nəticələrin ki, onlara görə hüquq
normaları qəbul edilir. Hüquq normalarının göstərişlərindən geriçəkilmə
münasibətləri hüquqpozma, yaxud hüquqa neytral olan, sadəcə məişət
münasibətidir. Mühafizəedici hüquq münasibətləri hüquq subyektlərinin hüquqazidd
davranışa dövlət və cəmiyyətin reaksiyası kimi yaranırlar. Onlar cəmiyyətdə mövcud
normal münasibət qaydasının müdafiəsinə və hüquqpozucusunun cəzalandırılmasına
xidmət edirlər. Mühafizəedici hüquq münasibətləri çərçivəsində cinayətkar cinayət
məsuliyyətinə cəlb olunur, məhkum olunmuş cəzasını çəkir, cavabdeh öz fəaliyyəti,