13
Qanunverici bu maddə ilə ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə odlu
silahdan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. Bu
maddənin dispozisiyası blanket xarakteri daşıyır. Yeri gəlmişkən qeyd edilməsi vacibdir
ki, ölkəmizdə xidməti və mülki silahın dövriyyəsi qanunla tənzimələnir. Odur ki, xidməti
və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında müvafiq xüsusi
icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan
istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, habelə mitinqlərin, küçə
yürüşlərinin, nümayişlərin, piketlərin və digər kütləvi tədbirlərin keçirilməsi zamanı
vətəndaşların silah gəzdirməsi qadağandır.
Təhlil edilən inzibati xəta nümunəsində hüquqpozmanın xarakterini müəyyən etmək
üçün müxtəlif şəraitlərdə (dövlət və ya qeyr-dövlət müəssisələri, idarələri, təşkilatlarının
mühafizəsi zamanı, təhsil və tədris müəssisələrində, müəyyən istehsalat yerlərində,
attraksionlarda, kino və sənədli filmlərin (serialların) çəkilişlərində və s. yerlərdə silah-
dan istifadə qaydalarını nizamlayan normativ hüquqi aktlara müraciət etmək lazımdır.
Bu inzibati xətanın tərkibi obyektiv tərəfdən aşağıdakı hərəkətlərdə ifadə olunur:
a) yaşayış məntəqələrində odlu silahdan atəş açma;
b) xüsusi olaraq ayrılmamış yerlərdə odlu silahdan atəş açma;
c) xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan
atəş açma.
Təhlil edilən inzibati xəta tərkibinin tam başa düşülən olması baxımından
ölkəmizdə odlu silahların dövriyyəsinin hüquqi tənzimlənməsi mexanizmi ilə tanış olmaq
zəruridir.Bu hüquqi tənzimlənmə mexanizmi daxilində “Xidməti və mülki silah
haqqında” Azərbaycan Respublikasının30 dekabr 1997-ci il tarixli Qanununa
(Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi,
habelə onun müstəsna hallarda tətbiqi ilə bağlı yaranan hüquqi münasibətlər tənzimlənir)
istinad edilməlidir.
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci
maddəsinə görə silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən
texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə verməüçün
nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə
oluna bilən qurğu və vasitə başa düşülür.
Təhlil edilən inzibati xəta tərkibinin dispozisyasında odlu silah anlayışı istifadə
edildiyindən, onun da anlayışına diqqət yetirlməsi vacibdir. Qanunvericinin mövqeyinə
görə odlu silah dedikdə, barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji
hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki
zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silah başa düşülür.
Odlu silahlara tüfəng (yivsiz lüləli ov tüfəngindən başqa), karabin, tapança və
revolver, avtomat və pulemyot, minaatan, top, qumbaraatan və kalibrindən asılı olaraq
digər silahlar aid edilir. Odlu silahın funksional təyinatını müəyyən edən əsas hissələri -
lülə, zərbə, buraxılış, bağlayan mexanizmlər və silahın digər hissələri kompleksdə atəş
açmağa imkan verdikdə odlu silah kimi qəbul edilməlidir. Odlu silah həm sənaye
(zavod), həm də kustar üsulla (məişət şəraitində) istehsal edilə bilər.
14
Təhlil edilən maddənin dispozisiyasında nəzərdə tutulan atəş açmaq üçün xüsusi
ayrılmış yerlər dedikdə, atəş tirləri, atəş sahələri, ətrafdakıların təhlükəsizliyini təmin
edən şərtlərə əməl etməklə ayrıca icazə ilə açılan dövlət və qeyri-dövlət (bələdiyyə və ya
özəl mülkiyyət nümunəsində) atıcılıq stendləri, ov yerləri başa düşülür.
Müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma dedikdə, hər hansı bir
konkret yerdə təhlükəsizlik tələblərinə riayət etməməklə odlu silahdan atəş açma başa
düşülür. Bunlara aid edilə bilər:
təlim rəhbərinin əmri olmadan və ya “Azad” komandasından sonra atəş açma;
hədəflər olan sahədə adamlar, maşınlar və heyvanlar olduqda atəş açma;
nasaz silahdan və ya təhlükəli istiqamətlərdə atəş açma;
silahın başqa şəxslərə verilməsi və s.
Nəzərə almaq lazımdır ki, pnevmatik silahlar, siqnal verən, idman-tikinti silahları,
qaz tapançaları, siqnal raketlərini atan tapançalar, partlayan raketlər və digər imitasiya-
pirotexnik və işıqlandırıcı vasitələr olaraq odlu silahlara aid edilmir.
Bu inzibati xətanın subyekti - 16 yaşına satmış, anlaqlı, fiziki şəxsdir. O, xidməti
vəzifələrini yerinə yetirməklə əlaqədar verilən odlu silah və ya idarələrin, təşkilatların
müvəqqəti istifadəsinə verilən, habelə müəyyən olunmuş qaydaları pozmaqla, bu silahdan
istifadə edən və onlara sahib olan şəxslər ola bilər.
Təcrübi baxımdan qeyd edilməsi zəruridir ki, 16 yaşdan 18 yaşa qədər olan şəxslər
odlu silahdan istifadə qaydalarını pozduqlarına görə ümumi əsaslarla inzibati məsuliyyətə
cəlb olunurlar.
“İXM-in520-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən edilən inzibatixətanın
subyektiv tərəfi qəsd və ya ehtiyatsızlıqla xarakterizə olunur.Təhlil edilən inzibati xəta
subyektiv cəhətdən qəsdlə xarakterizə edildikdə, təqsirkarın bilərəkdən odlu silahdan isti-
fadə qaydalarını pozması və bunları arzu etməsi zəruridir. Əməlin tövsif edilməsi üçün
motiv və məqsəd əhəmiyyət kəsb etmir.
Qanunvericilik quruluşu baxımdan bu inzibati xətanın tərkibi hüquqazidd əməlin
törədilməsi nəticəsində zərərli nəticələrin yaranmasını nəzərdə tutmur (formal
tərkiblidir). Odur ki,qeyd edilən hüquqazidd əməlin törədilməsindən yarananxəsarət,
mülkiyyətə zərər vurma və s. neqativ nəticələrcinayət məsuliyyətinə səbəb olacaqdır.
Bu inzibati xəta haqqında protokol polis əməkdaşı tərəfindən tərtib olunur. İşin
baxılmasına qədər odlu silah və döyüş sursatının sayı və növü haqqında protokolda
qeydlər edilir. Təqsirkar könüllü olaraq odlu silahı və sursatı təhvil verməkdən imtina
etdikdə, polis əməkdaşı şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaları və
sənədləri götürmə (inzibati xətalar haqqında işlər üzrə icraatı təmin etmə tədbirləri
qismində) kimi müxtəlif tədbirlər həyata keçirə bilər.
İXM-in 520-ci maddəsi ilə təsbit edilən inzibati xətalar haqqında işlərə
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərma-
nının 5.1-ci bəndinə əsasən Daxili İşlər Nazirliyi və aidiyyəti üzrə İXM-in 43-cü mad-
dəsinə əsasən rayon (şəhər) məhkəmələri baxır. Nəzərə almaq lazımdır ki, İXM-in 43.1-
15
ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra
hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən həmçinin
səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haq-
qında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta
törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və
müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq
maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh
tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə
gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir.
Dostları ilə paylaş: