Göstərilən maddənin məzmununda redaksiya dəyişikliyi məhz təhlil edilən inzibati
xəta tərkibi ilə mühafizə olunan ictimai münasibətlərin həm də konstitusiya hüququ
səviyyəsində mühafizəsinin təşkil edilməsidir. Təbii ki, bu həmin azadlığın təmin edil-
məsi və ya hüququn həyata keçirilməsinə dövlət səviyyəsində önəm verilməsidir. Fikir-
ləri bir az da genişləndirsək aydın olur ki, başqaları ilə birlikdə sərbəst toplaşmaq azad-
lığını həyata keçirən şəxslər, digər insanların rahatçılıqlarına mane törətməməlidir. Bu
kimi hüquqi mövqe konstitusiyanın təhlil edilən maddəsinin yeni redaksiyasında nəzərdə
İXM-in 513-cü maddəsi ilə təsbit edilən inzibati xətanın (Toplantıların təşkili və
keçirilməsi qaydasının pozulması) bilavasitə obyekti - ictimai təhlükəsizlik, əlavə obyekti
İnzibati xətanın obyektiv tərəfi qanunvericiliklə müəyyən edilmiş qaydada
yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və
bir neçə şəxsin xüsusi məqsədlə ictimai yerdə müvəqqəti toplaşması başa düşülür.
10
-
yığıncaq şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin
məsələyə dair qərar qəbul etmək məqsədilə toplaşmasıdır;
-
mitinq toplanmış şəxslərin ümumi fikirlərini ifadə etmək və (və ya) ümumi
çağırışlar etmək, tələblər irəli sürmək üçün keçirilən
kütləvi tədbirdir;
-
nümayiş bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair
fikirlərinin ifadəsidir;
-
küçə yürüşü müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət
həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsidir;
-
piket ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən
şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir qrupunun müəyyən yerdə
toplaşmasıdır.
Qüvvədə olan “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun məzmununa görə
toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra
hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidir. Xəbərdarlıq nəzərdə
tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin
görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaş-
dırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təq-
dim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş
günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.
Qanunvericinin mövqeyinə görə, tədbir üçün müraciət edən tərəf yazılı
xəbərdarlıqda aşağıdakıları göstərməlidir:
keçirilməsi nəzərdə tutulmuş toplantının forması;
ümumiməqsədi;
toplantınınkeçirilməyerivəvaxtı;
iştirakçılarıntəxminisayı;
küçəyürüşükeçirilirsə,
onuntəklifedilənmarşrutu
(yürüşünbaşlanmayeri,
məsafəsivəbitəcəyiyer);
toplantıtəşkilatçılarıbarədəməlumat
(fizikişəxsinadı,
soyadı,
atasınınadı,
vəünvanı; hüquqişəxsinadıvəhüquqiünvanı);
yazılıxəbərdarlığıntəqdimedildiyitarix;
əlaqətelefonlarıvəyaonlarolmadıqdaəlaqəünvanı.
Barəsində danışılan tədbirlərin iştirakçıları yalnız könüllü şəxslər olmalıdır.
İstənilən vəzifəli şəxs tərəfindən bu tədbirlərin keçirilməsinə başqa şəxsin məcburi
surətdə gətirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə
tövsif olunmalıdır.
İnzibati xətanın subyekti - 16 yaşına çatmış, anlaqlı şəxslər (kütləvi tədbirdə iştirak
edən) və ya 18 yaşı olan tədbirin təşkilatçıları, habelə vəzifəli şəxslər və ya hüquqi
şəxslər ola bilər. Subyekt məsələsini daha dəqiq müəyyən etmək üçün təhlil edilən
maddənin sanksiyasına diqqət yetirməyi tövsiyə edirik. Burada qanunvericinin
mövqeyinə əsasən fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə
cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki
yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs
tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi
şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Subyektiv tərəfdən bu inzibati xəta qəsd forması ilə xarakterizə olunur.
Bu inzibati xətaların baxılması rayon (şəhər) məhkəmələrinə və aidiyyəti üzrə İXM-
in 513-cü maddəsi ilə təsbit edilən inzibati xətalar haqqında işlərə “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Res-
11
publikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci
bəndinə əsasən Daxili İşlər Nazirliyi və aidiyyəti üzrə İXM-in 43-cü maddəsinə əsasən
rayon (şəhər) məhkəmələri baxır. Nəzərə almaq lazımdır ki, İXM-in 43.1-ci maddəsində
göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti
orqanı(Azərbaycan Respublikasının Prezidenti) tərəfindən həmçinin səlahiyyətli
orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan
səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin
şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə
olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin
sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən
daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta
haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir.
Dostları ilə paylaş: