Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi “DİO-nun inzibati fəaliyyəti” kafedrası



Yüklə 468,5 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix30.04.2022
ölçüsü468,5 Kb.
#56768
1   ...   7   8   9   10   11   12   13   14   15
499 im72020 qiyabi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

20 


Nəticə 

Hüquqi  təbiəti  baxımından  hüquq  məsuliyyətinin  bir  növü  inzibati  məsuliyyətdir. 

İnzibati  məsuliyyət  -  səlahiyyətli  orqan  və  ya  vəzifəli  şəxslər  tərəfindən  inzibati  xəta 

törətmiş  şəxsə  qarşı  inzibati  tənbehin  tətbiq  olunması  ilə  ifadə  olunan  hüquqi  təsir 

tədbirləridir.  Həmin  hüquqi  təsir  tədbirlərinin  vasitəsilə  qorunan  ictimai  münasibətlərin 

dairəsinə  bu  gün  müzakirə  olunan  mövzu  daxilində  məlumat  verdiyimiz  ictimai  qayda, 

ictimai təhlükəsizlik və ictimai mənəviyyatla əlaqədar hüquq münasibətləridir. 

Azərbaycan  Respublikasında  ictimai  qaydanın  qorunması  məqsədilə  dövlət 

tərəfindən  bir  çox  aidiyyəti  tədbirlər  həyata  keçirilir.  Bunlardan  biri  də  qanunverici 

tərəfindən  cəmiyyətdə  insanlar  arasında  təşəkkül  tapmış,  adət  və  ənənələrlə,  əxlaq 

normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və 

birgəyaşayış  qaydalarına  riayət  etməyən  şəxslər  üçün  inzibati  məsuliyyətin  müəyyən 

edilməsidir. Bununla  yanaşı, qeyd edilməlidir ki,  mühazirənin 1-ci  sualında Azərbaycan 

Respublikası  Konstitusiyasının  49-cu  maddəsi  ilə  təsbit  edilən  “sərbəst  toplaşmaq 

azadlığı”nın həyata keçirilməsində sahəvi qanunvericiliyin tələblərinin pozulmasına dair 

inzibati xəta tərkiblərinin təhlili aparıldı.  

Mühazirənin 2-ci sualında ictimai təhlükəsizlik əleyhinə olan inzibati xətalara görə 

inzibati  məsuliyyət  haqqında  məlumatlar  diqqətinizə  çatdırıldı.  Bu  sualda qeyd  etdik ki, 

ictimai təhlükəsizlik hüquqi təbiəti baxımdan məzmunca geniş və əhatə dairəsi baxımdan 

bütün  cəmiyyəti  əhatə  edən  sosial-hüquqi  kateqoriyalar  sırasında  xüsusi  əhəmiyyətə 

malikdir.  Azərbaycan  Respublikasında  ictimai  təhlükəsizliyin  mühafizə  edilməsi  üçün 

istifadə olunan normativ hüquqi tənzimləmədən biri də qüvvədə olan İXM-in 513-521-cı 

maddələridir. 

İnzibati  məsuliyyət  müəyyən  ictimai  mənəviyyat  əleyhinə  olan  inzibati  xətalar 

mühazirənin  3-cü  sualında  təhlil  edildi.  Bu  sual  üzrə  qeyd  edildi  ki,  cəmiyyətimiz  və 

xalqımızın  tarix  boyu  formalaşmış  dəyərlərinin  neqativ  təsirlərdən  qorunması 

çərçivəsində  dövlətin  həyata  keçirdiyi  hüquqi  tədbirlər  sırasında  inzibati  məsuliyyət 

tədbirləri  xüsusi  önəm  kəsb  edir.  Həmin  məsuliyyət  tədbirləri  hesabına  qanunverici 

Azərbaycan cəmiyyətini və onun mənəvi dəyərlərinin neqativ təsirlərdən qorumaqla, hər 

bir fərdin arzuolunmaz əməlinə görə cəmiyyətin adından mövqe bildirmişdir. 



 

 

Yüklə 468,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin