Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi “DİO-nun inzibati fəaliyyəti” kafedrası


Sual 3. İctimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət



Yüklə 468,5 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix30.04.2022
ölçüsü468,5 Kb.
#56768
1   ...   7   8   9   10   11   12   13   14   15
499 im72020 qiyabi

Sual 3. İctimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət 

 

Bir çox  mənbələrdə qeyd edildiyi kimi, “mənəviyyat” termini milli dəyərlərimizin 



qoruğudur.  Azərbaycan  Respublikası  Qərb  və  Şərq  dünyalarının  qovuşduğu  coğrafi 

məkanda  yerləşən  bir  çox  sivilizasiyaların  müsbət  məqamlarını  özündə  cəmləşdirir. 

Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının 

ayrılmaz  bir  halqası  olan  Azərbaycan  Respublikası  bu  məkanın  təhlükəsizliyinə  öz 

töhfəsini  verməkdədir.  Eyni  zamanda,  Azərbaycan  Respublikası  İslam  dünyasının  bir 

hissəsi kimi bu mədəniyyətin irs və təfəkkürünü bölüşür.  

Məlum  olduğu  kimi,  keçid  dövrü  yaşayan  cəmiyyətlərdə  uzun  müddət  formalaşan 

dəyərlər bəzən zədələnir, bəzən isə məhv olur. Təbii ki, cəmiyyətimiz və xalqımızın tarix 

boyu formalaşmış dəyərləri də  istisna  deyildir. Qanunverici Azərbaycan cəmiyyətini və 

onun  mənəvi  dəyərlərinin  bu  kimi  neqativ  təsirlərdən  qorumaq,  habelə  hər  bir  fərdin 

neqativ əməlinə görə ədalətli məsuliyyət müəyyən etmək məqsədilə daha ciddi tədbirlərin 

həyata keçirilməsinə ehtiyac duymuşdur. 

Qeyd  edilən  dəyərlərin  mühafizə  edilməsi  məqsədilə  Azərbaycan  Respublikası 

İnzibati Xətalar Məcəlləsində bir sıra məsuliyyət müəyyən edən maddələr təsbit olunub. 

Qanunverici onların sırasına aşağıdakı kimi inzibati xəta tərkiblərini aid edib: 

 Maddə 522. Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi 

 Maddə 523. Avaralıqla məşğul olma 

 Maddə 524. Fahişəliklə məşğul olma 

 Maddə 525. Qumar oyununda iştirak etmə 

Ölkəmizin  ərazisində  törədilən  inzibati  xətalar  sırasında  ictimai  mənəviyyat 

əleyhinə olan inzibati xətalarınolması təbiidir. 01 mart 2016-cı il tarixdən qüvvəyə minən 

İnzibati  Xətalar  Məcəlləsinin  524-cü  maddəsi  ilə  inzibati  məsuliyyət  müəyyən  edilən 

“Fahişəliklə məşğul olma”nınonların içərisində olması isə narahatçılıq yaradır. 


Yüklə 468,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin