Sual 2. İctimai təhlükəsizlik əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət
Sosial-hüquqi kateqoriya olan ictimai təhlükəsizlik hüquqi təbiəti baxımdan məz-
munca geniş və əhatə dairəsi baxımdan bütün cəmiyyəti əhatə edir. Bütün dövlətlərdə ol-
duğu kimi, Azərbaycan Respublikasında da adı çəkilən sosial – hüquqi kateqoriya döv-
lətin müəyyən normativ hüquqi tənzimlənməsi vasitəsilə mühafizə edilir. Həmin nor-
mativ hüquqi tənzimləmənin böyük bir hissəsi inzibati-hüquqi tənzimləmənin payına
düşür. Daha dəqiq desək, ictimai təhlükəsizlik sahəsində mühafizə olunan ictimai müna-
sibətlərin bir hissəsi qüvvədə olan İXM-in 513-521-ci maddələrinin payına düşür. Həmin
mühafizə olunan ictimai münasibətlərə edilən qəsdlər qanunverici tərəfindən aşağıdakı
inzibati xətalar kimi müəyyən edilmişdir:
Maddə 513. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması;
Maddə 514. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə
mane olma;
Maddə 515. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması;
Maddə 516. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması;
Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması;
Maddə 517. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması;
Maddə 517-1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının
hüquqi rejiminin tələblərinin pozulması;
Hərbi vəziyyət rejiminin tələblərinin pozulması;
Maddə 518. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə
yetirilməməsi;
Maddə 519. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikat-
laşdırılması, tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının
pozulması;
Maddə 520. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud
müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma;
Maddə 521. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması.
Ölkəmizin ərazisində ictimai təhlükəsizlik əleyhinə törədilən inzibati xətalar
içərisində daha çox narahatçılıq yarada biləcək inzibati xətalardan biri də yaşayış
məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydaları
pozmaqla odlu silahdan atəş açmadır. Bu inzibati xətaya görə 01 mart 2016-cı il tarixdən
ölkəmizin ərazisində qüvvəyə minən Azərbaycan Respublikasının yeni İnzibati Xətalar
Məcəlləsinin 520-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin inzibati
xətanın daha yaxşı mənimsənilməsi üçün onun hüquqi məzmunun təhlil edilməsi
vacibdir. Bu səbəbdən də aidiyyətiinzibati xəta tərkinəbə diqqət yetirək:
Dostları ilə paylaş: |