Təhlil ediləcək inzibati xəta tərkibinin dispozisiyasının məzmunu deməyə əsas verir
ki,toplantıların təşkili və keçirilməsi qaydasının pozulması dedikdə, yığıncaqların,
mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən insan və vətən-
daşların konstitusiya hüquq və azadlıqlarından biri də “sərbəst toplaşmaq azadlığı”dır.
Adı çəkilən maddənin 2-ci bəndinə əsasən “hər kəsin başqaları ilə birlikdə müvafiq
9
dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar,
mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”. Qeyd
etməliyik ki, dövlət müstəqilliyimizin bərpasından müasir dövrümüzə qədər
cəmiyyətimiz dünyanın demokratik dəyərlərinə inteqrasiya olunur. Bütün bunların
gerçəkləşməsi ölkəmizin ərazisində insan və vətəndaşların konstitusiya azadlıqlarının
kortəbii qaydada deyil, sivil formada həyata keçirilməsini şərtləndirir. Məhz bu baxımdan
aidiyyəti sahəvi qanunlar qəbul edilir. Bu hüquq və azadlıqların sivil qaydada və
demokratik prinsiplər əsasında həyata keçirilməsi üçün Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən 13 noyabr 1998-ci il tarixində “Sərbəst toplaşmaq azadlığı haq-
qında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz adı çəkilən qanun
vasitəsilə ölkəmizdə toplantıların təşkili və keçirilməsinin təşkilati-hüquqi mexanizmi
müəyyən edilmişdir.
Qanunvericinin iradəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq
azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tə-
rəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Ölkəmizin ərazisində həmin
azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması “Sərbəst toplaşmaq azadlığı haq-
qında” Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçiril-
məsini təmin edir və həmin qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keç-
məsi üçün müvafiq tədbirlər görür.
Dövlətçilik təcrübəsində adı çəkilən azadlığın təmin edilməsi zamanı baş verən
arzuolunmaz kifayət qədər faktlara rast gəlinir. Bunların arasında dövlət müstəqil-
liyimizin düşməni olan qüvvələrin maliyyələşdirdiyi qrupların pozuculuq əməlləri daha
narahatçılıq yaradır. Bu baxımdan təhlil edilən sahə üzrə ölkəmizdə atılacaq addımlar
sırasında aidiyyəti normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyətə
malikdir. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referen-
dumda) Konstitusiyamıza qəbul edilmiş əlavə və dəyişikliklərdən biri də “Sərbəst toplaş-
maq azadlığı” maddəsinin redaksiyasınadır. Həmin maddənin II hissəsinin yeni redak-
siyasının məzmunu deməyə əsas verir ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət
orqanlarını qabaqcadan xəbərdar etməklə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər,
nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ ictimai qaydanı və ya
Dostları ilə paylaş: